Tramp “Rusiya işi” üzrə sənədi bloklayıb
Tarix: 10.02.2018 | Saat: 11:18:00 | E-mail | Çapa göndər


ABŞ prezidenti Donald Tramp demokratların Rusiyanın seçkilərə müdaxiləsinə dair hazırladıqları məxfi sənədin dərc edilməsini bloklayıb.
APA-nın TASS agentlyinə istinadən verdiyi xəbərə görə, bununla bağlı dövlət başçısının hüquq məsləhətçisi Don Makqen Nümayəndələr Palatasının Kəşfiyyat üzrə Komitəsini məlumatlandırıb.
Qeyd edilib ki, milli təhlükəsizliyin təmin edilməsi baxımından sənədin dərc edilməsi məqsədəuyğun deyil. Bununla belə bildirilib ki, administrasiya sənədin yeni versiyasını nəzərdən keçirməyə hazırdır. “Ədliyyə nazirliyinin əməkdaşları sənədə yenidən baxılması üçün Komitə üzvlərinə texniki yardım göstərə bilərlər”, məktubda deyilir.
Fevralın 6-da ABŞ Nümayəndələr Palatasının Kəşfiyyat üzrə Komitəsi demokratların hazırladığı “Rusiya işi” üzrə məxfi sənədin dərc edilməsinin lehinə səs verib. Donald Tramp beş gün ərzində sənədin dərci ilə bağlı qərar verməli idi.
Bundan əvvəl, fevralın 2-də respublikaçı konqresmenlər Federal Təhqiqatlar Bürosu (FTB) tərəfindən Donald Trampın komandasının Rusiya ilə əlaqələrini araşdırarkən səlahiyyətlərini aşdıqlarına dair məruzə yayıb.
Qeyd edək ki, ABŞ Konqresinin hər iki palatasının müvafiq komitələri Rusiyanın seçkilərə müdaxiləsi və Trampın komandasının Rusiya ilə əlaqələrinə dair təhqiqat aparır. Ədliyyə Nazirliyi tərəfindən təyin olunan xüsusi prokuror Robert Müller də analoji təhqiqatı davam etdirir.




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
“Tapa” qasırğası Koreya Respublikasında insan tələfatına səbəb olub
22.09.2019
Bu gün İranda Müqəddəs Müdafiə Həftəsi başlayıb
22.09.2019
Azərbaycanın ərazi sularında gəmilərin hərəkətinə icazə verilib
22.09.2019
Erməni qadınların ağuşundakı avropalı deputatlar
22.09.2019
Fuad Qəhrəmanlının timsalında Əli Kərimli daha bir dəfə ifşa olundu

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10896

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info