ABŞ-dakı neft quyularının sayı kəskin artıb
Tarix: 10.02.2018 | Saat: 14:11:00 | E-mail | Çapa göndər


ABŞ-dakı aktiv neft quyularının sayı kəskin artıb.
AZƏRTAC “Baker Hughes” şirkətinə istinadla xəbər verir ki, ABŞ-dakı aktiv neft-qaz quyularının sayı ötən həftə 29 ədəd artaraq ümumilikdə 975 ədəd təşkil edib. Keçən ilin eyni dövrü ilə müqayisədə ölkədəki aktiv neft-qaz quyularının sayı 234 ədəd çoxalıb.
Ötən hesabat həftəsində ABŞ-dakı aktiv neft quyularının sayı isə 26 ədəd artaraq 791 ədəd olub. Bu, son 1 ildə ən sürətli həftəlik artımdır. Neft quyularının sayı 2015-ci ilin aprelindən indiyədək maksimum səviyyəyə çatıb. Beləliklə də ölkədəki aktiv neft quyularının sayı ardıcıl 3 həftə artmağa başlayıb. Ötən ilin eyni dövrü ilə müqayisədə ABŞ-dakı neft quyularının sayı 200 ədəd artıb.
Bundan əlavə, son 1 ildə ABŞ-dakı neft quyularının ümumi sayı 34 faiz çoxalıb.
Keçən həftə ölkədəki aktiv qaz quyularının sayı 3 ədəd artaraq 184 ədəd olub. Keçən ilin müvafiq dövrünə nisbətən ölkədəki qaz quyularının sayı 35 ədəd artım göstərib.
Qeyd edək ki, ABŞ-da aktiv neft quyularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatmışdı. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft quyularının sayı ötən ilin may ayında isə minimuma – 316-ya geriləmişdi.




 
Bölməyə aid digər xəbərlər
19.09.2019
Türkiyə İran ilə ticarət həcmini artırır
19.09.2019
Azərbaycan neftinin qiyməti dəyişdi
18.09.2019
Azərbaycan məhsulları beynəlxalq sərgidə təqdim olunur
18.09.2019
Goranboy və Tərtərdə inkubator məntəqələri istifadəyə verilib
18.09.2019
İqtisadiyyat nazirinin Şirvanda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 В Великобритании перешли на систему образования СССР
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info