“Ölkəniz dünya iqtisadiyyatının sabitləşməsində önəmli rol oynayır”
Tarix: 24.05.2013 | Saat: 23:58:00 | E-mail | Çapa göndər


“Bu konfransda müzakirə olunan mövzulardan faydalanacağıma inanıram”. Bu sözləri Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Parlament Şəbəkəsinin Bakıda keçirilən illik konfransında iştirak edən Rüşvətxorluqla Mübarizə üzrə Parlament Üzvlərinin Qlobal Təşkilatının sədri Nasir Əl Sani deyib. Azərbaycanda ikinci dəfə olmağından məmnunluğunu ifadə edən Nasir Əl Sani konfransın yüksək səviyyədə təşkil edildiyini vurğulayıb.
Dünyanı bürüyən iqtisadi böhran mühitində Azərbaycanın regionda, xüsusilə MDB məkanında liderliyini qoruduğunu bildirən küveytli qonaq paytaxtımızın inkişaf etdiyini, Bakının cəlbedici şəhər olduğunu xüsusilə qeyd edərək deyib: “İlk dəfə 7 il bundan əvvəl ölkənizdə olmuşam. Azərbaycan son 20 ildə mühüm nailiyyətlər əldə etmiş ölkədir. Ölkəniz qlobal iqtisadiyyatın inkişafında, hətta dünya iqtisadiyyatının sabitləşməsində önəmli rol oynayır. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün mühüm töhfələr verib. Dünyada gündən-günə artan nüfuzunuz, iqtisadi inkişaf göz önündədir. Tikilən yeni binalar, dənizkənarı mənzərə insanda unudulmaz təəssürat yaradır. Dünyanın bir çox nüfuzlu biznesmenlərinin Azərbaycana marağı getdikcə artır. Azərbaycanda korrupsiyaya qarşı mübarizə aparan müvafiq qurumla əməkdaşlıq edirik. Ölkənizə daha da çiçəklənməyi arzulayıram”.
SÖHRAB




 
Bölməyə aid digər xəbərlər
19.04.2019
Valentina Matviyenko: Mehriban xanım çox maraqlı həmsöhbətdir
18.04.2019
14 yaşlı qıza hücum edən şəxs YAP-ın üzvü deyil - RƏSMİ AÇIQLAMA
18.04.2019
Müxalifət nümayəndəsi: “Cəbhəçilər dezinformasiya yaymaqla məşğuldurlar”
18.04.2019
Dini liderlərin Bakı sammiti ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin ilk iclası keçirilib
18.04.2019
Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10749

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Milli mədəniyyətimizin fədakar tədqiqatçısı və təmsilçisi Babək Qurbanov haqqında
5 Rusiya Prezidenti Krasnoyarskdakı Azərbaycan diaspor rəhbərini təltif edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info