Son 2 ildə neftin qiymətində ən böyük həftəlik azalma qeydə alınıb
Tarix: 10.02.2018 | Saat: 15:33:00 | E-mail | Çapa göndər



Xam neftin qiyməti 2016-cı ilin yanvar ayından indiyədək ən yüksək həftəlik itki ilə üzləşib.

AZƏRTAC xəbər verir ki, ABŞ-ın neft istehsalının, eləcə də ölkədəki neft quyularının sayının kəskin artması nəticəsində qlobal bazarda “qara qızıl”ın qiymətində son 2 ildə ən böyük həftəlik eniş olub. Fevralın 10-da neftin qiyməti 3,4 faiz azalıb.
Ən çox istifadə edilən “Brent” markalı xam neftin qiyməti fevralın 2-9-da 8,7 faiz azalıb. “Light” neftinin qiyməti isə eyni dövrdə 9,8 faiz aşağı düşüb. Beləliklə də, bu həftə hər 2 neft növünün itkiləri 2016-cı ilin yanvarından bu vaxtadək ən yüksək səviyyəyə çatıb.
Xatırladaq ki, qlobal bazarda təklifin çox olması ilə əlaqədar 2016-cı il yanvar ayının 8-15-də “Brent”in qiyməti 13,7 faiz, “Light”ın qiyməti neft isə 11,3 faiz azalmışdı.
Bundan əlavə, “Brent” markalı xam neftin bir barrelinin qiyməti fevralın 9-da 61,78 dollar səviyyəsinə enib, bu isə 2017-ci il dekabrın 7-dən indiyədək ən aşağı səviyyədir. “Light”ın bir barrelinin qiyməti də ötən cümə günü 58,09 dollara qədər geriləyib və 2017-ci il dekabrın 22-dən bu yana ən aşağı səviyyəyə enib.
Analitiklər isə ABŞ-dakı son proseslər fonunda qlobal neft bazarında təklif çoxluğunun yaranacağından narahatdır.
Hazırda “Brent” neftinin bir barreli Londonun ICE birjasında 62,79 dollar, “Light” markalı neftin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 59,20 dollara alıcı axtarır.




 
Bölməyə aid digər xəbərlər
19.09.2019
Orxan Məmmədov: Yaxın müddətdə KOB-lar üçün yeni dəstək mexanizmləri işə düşəcək
19.09.2019
Azranking.az portalının “Rəqəmsal Təqvim” elektron sistemi istifadəyə verilib
19.09.2019
Azərbaycan-Çin ticarət dövriyyəsi 1,3 milyard dollara çatıb
19.09.2019
Nazir: “TANAP-la indiyədək 2,5 milyard kubmetrdən çox təbii qaz göndərilib”
19.09.2019
Xələf Xələfov: “Əsrin müqaviləsi” üzrə bugünkü nailiyyətlər Azərbaycan xalqının, dövlətinin maraqlarına xidmət edən nailiyyətlərdir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10888

1 В Великобритании перешли на систему образования СССР
2 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
3 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”
4 Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar
5 Vilayət Eyvazovdan yeni təyinat


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info