Pxençan-2018: “Olimpiya kəndi“ndə görüş
Tarix: 11.02.2018 | Saat: 06:40:00 | E-mail | Çapa göndər



Pxençxan-2018 Qış Olimpiya Oyunlarının həyəcanı davam etməkdədir. Olimpiadada iştirak edən 92 ölkənin bayrağı sırasında Azərbaycanın da dövlət bayrağı dalğalanır. Cənubi Koreyanın Pxençan şəhərində keçirilən XXIII Qlş Olimpiya Oyunlarında ölkəmiz yalnız bir idmançı ilə deyil, həm də rəsmi nümayəndə heyəti ilə təmsil olunur. Bu bir daha onu göstərir ki, Azərbaycan həqiqətən də Olimpiya idellarına daim sadiq olmaqla, dünyanın aparıcı idman dövlətlərindən biri kimi öz önəmli mövqeyini qoruyub saxlayır.
AZƏRTAC xəbər verir ki, fevralın 10-da Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, MOK-un baş katibinin müavini Azər Əliyev, Azərbaycan Dağ Xizəkçiliyi Federasiyasının prezidenti Rauf Xəlilov "Olimpiya kəndi"nə gələrək, idmançılar üçün yaradılmış şəraitlə tanış olub, idmançımız Patrik Braxner və rəsmi nümayəndə heyətinin üzvləri ilə görüşüblər. Azərbaycan nümayəndə heyəti üçün ayrılan mənzil qərargahda keçirilən görüşdə nümayəndə heyətinin şef-de-missionu Anar Bağırov oyunların gündəlik proqramları, Olimpiadada ölkəmizi slalom yarışlarında təmsil edən idmançımızın məşqləri, hazırlığı və nümayəndə heyətinə yaradılan şərait barədə məlumat verib.
MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə idmana və Olimpiya hərəkatına göstərdiyi diqqət və qayğıdan danışıb. Əmin olduğunu bildirib ki, qış idman növləri bazasından səmərəli istifadə edilməklə, yerli idmançıların yetişməsinə diqqət artırılacaq və ölkəmiz növbəti Qış Olimpiya Oyunlarında daha çox idmançı ilə təmsil olunacaq. MOK-un baş katibinin müavini Azər Əliyev ölkəmizdə bütün idman növlərinin yüksək səviyyədə inkişaf etdiyini, qış idman növlərinin də tezliklə bu inkişafın sıralarına qoşulacağına inandığını vurğulayıb. O, Tokio-2020 Olimpiadasında atletlərimizin, eyni zamanda, ağırlıqqaldıranlarımızın yüksək nəticələr göstərəcəyinə də əminliyini ifadə edib.
Görüş zamanı ölkəmizi təmsil edən idmançı Patrix Braxner slalom yarışlarında uğur qazanmaq üçün öz imkanlarından səmərəli istifadə etməyə çalışacağını, ona göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib. Qonaqlar Pxençxan-2018-in məşəlinin maketi ilə tanış olub və xatirə şəkli çəkdiriblər.




 
Bölməyə aid digər xəbərlər
15.09.2019
Daha iki şahmatçımız dünya kubokunun onaltıdabir mərhələsinə vəsiqə qazanıb
15.09.2019
İspaniya La Liqası: “Sevilya” Bakıya qələbə ilə gəlir
15.09.2019
İspaniya La Liqası: “Real Madrid” bu mövsüm ikinci qələbəsini qazanıb
14.09.2019
İngiltərə Premyer Liqası: “Liverpul” çempionatda ardıcıl beşinci qələbəsini qazanıb
14.09.2019
Dənizkənarı Milli Parkda açıq karate seminarı təşkil olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalandı
2 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
3 Müəllimlərin dərs yükü norması artırıldı
4 Daxili İşlər nazirindən yeni təyinat
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info