Avropada azərbaycanlıların regional mərkəzləri yaradılır
Tarix: 11.02.2018 | Saat: 08:50:00 | E-mail | Çapa göndər


Avropa Azərbaycanlıları Konqresinin təşkilatçılığı, Finlandiya-Azərbaycan Assosiasiyasının ev sahibliyi ilə Helsinkidə Skandinaviya ölkələri üzrə azərbaycanlıların diaspor təşkilatlarının forumu keçirilib. APA-nın xəbərinə görə, forumda AAK prezidenti Sahil Qasımov bu ayın sonu konqresin baş tutacaq növbədənkənar qurultayı barədə məlumat verib
S. Qasımov bu qurultayın ardınca həyata keçiriləcək yeni layihələr, yeni hərəkatlar barədə məlumat verib. AAK prezidenti həmçinin konqresin Avropanın regionları üzrə (Skandinaviya, Qərbi Avropa, Böyük Britaniya, Baltikyanı ölkələr, Şərqi Avropa və sair) mərkəzlərinin yaradılmasına start verildiyini açıqlayıb: “Tezliklə bu mərkəzlərin yaradılması başa çatacaq, rəhbərləri müəyyənləşəcək”. Daha sonra görüləcək işlərdən detallar üzrə bəhs edilib.



Təşkilat rəhbərləri də təkliflərini açıqlayıb. AAK vitse-prezidenti, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri, Ukrayna Millətlər Assambleyasının prezidenti Rövşən Tağıyev bildirib ki, Avropa ölkələrinin parlament və dövlət rəsmiləri ilə görüşdə Azərbaycanın işğala məruz qalması, Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlandırma apararkən bunu qitənin özünün də məruz qaldığı separatizm faktları ilə müqayisəli şəkildə edilsin: “Yəni onlara aşılayaq ki, vaxtında Qarabağda baş qaldıran separatizmə diqqətlə yanaşılsaydı, qarşısı alınsaydı bu gün belə kütləvi şəkildə Avropaya da sirayət etməzdi”. R. Tağıyev AAK-ın maliyyələşdirilmə məsələsinin də birdəfəlik həll edilməsini təklif edib
Finlandiya-Azərbaycan Assosiyasiyasının həmsədri Arzu Muradlı isə təmsil etdiyi təşkilatın bu il 10 ili tamam olmasını xatırladıb və yeni layihələrindən danışıb. O AAK 2017-də qəbul etdiyi yol xəritəsini yerinə yetirmək, regionlarda təşkilatlanmanı sürətləndirmək və yerli siyasətçi və parlamentarilər ilə görüşləri intensivləşdirməyi təklif edib.
AAK icraiyyə komitəsinin üzvü, Paris Azərbaycan Evinin sədri Mirvari Fətəliyeva isə bildirib ki, sosial şəbəkələrdə kütləvi fəallığın artırılmasını, bunun konqresin adı ilə aparılmasını təklif edib. O qeyd edib ki, bunu müxtəlif dillərdə aparmaq lazımdır. M. Fətəliyeva həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı AAK-ın həyata keçirəcəyi layihələrdən də danışıb. O 100 il əvvəl şərqdə ilk dəfə olaraq qadına səsvermə hüququnun Azərbaycanda verilməsinin Avropa dairələrində təbliğinin vacibliyini bildirib.
AAK icraiyyə komitəsinin üzvü, İsveç Azərbaycan diasporunun rəhbəri Nadir Hollenbrand isə Avropanın tarixçiləri ilə daha çox işləməyi təklif edib: “Onsuzda siyasətçilər Azərbaycanın Dağlıq Qarabağ problemi, Xocalı soyqırımı ilə bağlı həmişə dəqiq reaksiya vermirlər. Amma tarixçilər ilə bunu çox yüksək səviyyədə işləmək olar. Biz bunların tarixçilərinə faktları təqdim etsək, bunun çox ciddi nəticəsi olacaq”.
Forumda Yaşar Niftəliyev (Almaniya), Təranə Nəzərova (Finlandiya), Səfər Sadiqi (Danimarka) və digərləri də fikirlərini səsləndiriblər.
AAK prezidenti Sahil Qasımov təkliflərə baxılacağını bildirib.




 
Bölməyə aid digər xəbərlər
17.09.2019
Türkiyənin Vitse-prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
16.09.2019
Dünya bazarlarında İsveçrə şirkətlərinin loqosu ilə saxta qızıl külçələr aşkarlanıb
16.09.2019
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda bədii gimnastika üzrə 37-ci dünya çempionatının açılış mərasimində iştirak ediblər
16.09.2019
“Müəllim olmaq istəyənlərin sayı artır“
16.09.2019
Əhalinin sayı 46417 nəfər artaraq 10 milyon 27 min 874 nəfərə çatıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Müəllimlərin dərs yükü norması artırıldı
3 Daxili İşlər nazirindən yeni təyinat
4 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info