11 fevral Ümumdünya Xəstələr Günüdür
Tarix: 11.02.2018 | Saat: 12:05:00 | E-mail | Çapa göndər


Tibbi təqvimdə Xəstələr Gününün olmasından bəlkə də çoxları xəbərsizdir. Əslində bu gün hamıya aid olsa da, ağrı-acıdan uzaq elə insanlar var ki, onların sağlamlıq durumu həkim qapısı döyməyə ehtiyac yaratmır.
Sağlamlığa malik olmaq dünyanın ən gözəl nemətlərindəndir, lakin başqalarının ağrı-acısını duymaq və hiss etmək özü də insanı hissdir. Məşhur rus yazıçılarından birinin dediyi kimi, ağrı hiss edirsənsə, canlısan, başqalarının da ağrısını hiss edirsənsə, insansan.
Ümumdünya Xəstələr Günü müxtəlif fiziki ağrılara mübtəla olanların ağrılarını yüngülləşdirmək və onlara göstərilən xidməti yaxşılaşdırmağa ictimaiyyətin diqqətini cəlb etmək üçün düşünülüb.
Həmin gün 1992-ci il mayın 13-də Roma Papası II İohann Pavelin təşəbbüsü ilə təsis edilib. 1991-ci ildə II İohann Pavelə Parkinson xəstəliyi diaqnozu qoyulub. Katoliklərin dini rəhbəri həmin diaqnoz qoyulandan sonra Xəstələr Gününün qeyd edilməsi təşəbbüsünü irəli sürüb. O, özünün bu barədəki xüsusi müraciətində bildirib ki, Ümumdünya Xəstələr Gününün hər il qeyd edilməsinin başlıca məqsədi xəstələrin ağrı və iztirablarını yüngülləşdirmək və ictimaiyyətin diqqətini onlara göstərilən xidmətin səviyyəsini yaxşılaşdırmağa yönəltməkdir.
Hazırda dünyanın bir çox ölkələrində həmin gün xəstəliklərin profilaktikası, onun sağaldılması və sağlam həyat tərzinin təbliği mövzusunda müxtəlif tədbirlər keçirilir. Katolik məbədlərdə dindarlar xəstələrə şəfqət və həmrəyliklərini nümayiş etdirirlər.




 
Bölməyə aid digər xəbərlər
14.08.2018
“Mühəndis-axtarış işlərinin yerinə yetirilməsi Qaydaları”nda dəyişiklik edilib
14.08.2018
Füzulidə avtomobil yollarının tikintisinə vəsait ayrılıb
14.08.2018
Dövlət Neft Fondu lirə və rublun ucuzlaşması barədə açıqlama yayıb
14.08.2018
Orxan Camal Kazanda anılıb
14.08.2018
Rumıniya milli hava yolları Bakı, Tbilisi və Odessaya uçuşlara başlayır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9860

1 DSX rəisi at çapan qızla görüşüb
2 Karen Veranyan: “İrana qarşı yeni sanksiyalar Ermənistan iqtisadiyyatına ağır zərbə vuracaq”
3 “Hər yaşa uyğun uşaq intellektual oyunları və videolar hazırlamışıq”
4 “Azərbaycan qadınları cəmiyyətdəki aktual problemlərin həllindən kənarda qalmırlar”
5 ABŞ saytında azərbaycanlı rəssamın müsahibəsi dərc olunub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info