Ötən il Qobustanda aqrar sektorda 32,4 faiz artım qeydə alınıb
Tarix: 11.02.2018 | Saat: 18:04:00 | E-mail | Çapa göndər



Qobustan rayonunda 2017-ci ildə ümumi məhsul buraxılışının həcmi əvvəlki illə müqayisədə 26,7 faiz artaraq 165 milyon 55 min manat olub. Kənd təsərrüfatında bu artım 32,4 faiz təşkil edib. Əsas kapitala yönələn investisiyalarda 4,2 faiz artıma nail olunub. Rayonun yerli gəlirlər üzrə büdcəsi 100,1 faiz icra edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu məlumatlar Qobustanda 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr edilən hesabat yığıncağında söylənilib. Rayon icra hakimiyyətinin başçısı Adil Məmmədovun məruzəsində və digər çıxışlarda bölgə iqtisadiyyatının əsasının kənd təsərrüfatı sahələri təşkil etdiyi, hesabat ilində ümumi məhsul buraxılışının 45 faizinin məhz aqrar sektorun payına düşdüyü bildirilib. Vurğulanıb ki, taxılçılığın inkişafı istiqamətində rayonda ardıcıl tədbirlər görülür. Ötən il 53 min 280 ton taxıl istehsal olunub. Artıq rayonda taxıl toxumu ilə təminat tamamilə yerli istehsal hesabına ödənilir. Hesabat ilində kartof istehsalı 4 dəfə artaraq 1935 tona, noxud istehsalı 9 dəfə artaraq 583 tona çatıb. Tərəvəz istehsalı da 10,6 faiz çoxalıb. Heyvandarlıqda da nəticələr uğurludur. Belə ki, əvvəlki illə müqayisədə keçən il iribuynuzlu mal-qaranın və davarların baş sayı çoxalıb, heyvandarlıq məhsulları üzrə bütün göstəricilər artıb.
Hesabat yığıncağında rayonun Qaracüzlü kəndi yaxınlığında 1000 hektar ərazidə aqroparkın yaradılması işinə başlanıldığı qeyd olunub. Burada 300 hektarda buğda, 400 hektarda arpa əkilib. Suvarma əkinçiliyini həyata keçirmək məqsədilə 14 kilometr məsafədən su xəttinin çəkilməsi ilə əlaqədar işlər görülür. Aqroparka gedən 14 kilometr yolun alt örtüyü hazırlanıb. Gələcəkdə 320 hektar sahədə pivot suvarma sisteminin qurulması, 100 hektarda meyvə bağının salınması planlaşdırılır. 4 yaşayış evinin inşası üçün işlər görülür.
Hesabat yığıncağında təhsil, səhiyyə sahələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, su təchizatı, yol infrastrukturunun yaxşılaşdırılması, əhalinin elektrik enerjisi ilə fasiləsiz təmin olunması, qazlaşdırma ilə əlaqədar görülən işlər, habelə qarşıda duran vəzifələr geniş müzakirə edilib.
Prezident Administrasiyasının məsul işçisi Rüfət Məmmədov hesabat yığıncağında çıxış edərək ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi layihələrdən, cari ildə qarşıda duran konkret vəzifələrdən və bu vəzifələrin həlli yollarından danışıb.




 
Bölməyə aid digər xəbərlər
28.01.2020
AQTA Çindən Azərbaycana diri heyvan, heyvan mənşəli məhsullar və dəniz məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyub
28.01.2020
Bakı-Sumqayıt yolunun genişləndirilməsi iyuna qədər başa çatacaq
28.01.2020
Yasamalda abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib
28.01.2020
DİN sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq edib
27.01.2020
Xəstəliklərin qeydə alındığı ölkələrdən Azərbaycana diri quş və quş məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulub

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11440

1 Çalışacağıq ki, futbol pərəstişkarları məmnun qalsınlar
2 Turizm şirkətlərinə mülki məsuliyyət sığortası tətbiq ediləcək
3 Ermənistanda sosial narazılıq artır: fermerlərin kütləvi mitinqi bütün ölkəyə yayılır
4 ABŞ “doğum turizmi”nə qarşı mübarizə aparmaq qərarına gəlib
5 Ehsan Zahidov: “Salyanda polisin qıza təcavüz etməsi barədə məlumat tamamilə əsassız və uydurmadır“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info