Azərbaycanlı rejissorun çəkdiyi filmin Malatyada təqdimatı olub
Tarix: 11.02.2018 | Saat: 18:41:00 | E-mail | Çapa göndər





Azəraycanlı rejissor Elçin Musaoğlunun ekranlaşdırdığı “Türkiyə mənim də Vətənimdir” adlı sənədli filmin Malatya şəhərində təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, Türkiyədə 15 iyul dövlət çevrilişi cəhdindən bəhs edən filmin istehsalı 7-ci Malatya Beynəlxalq Film Festivalı çərçivəsində reallaşıb.

Təqdimat mərsimində çxış edən Malatya Beynəlxalq Film Festivalının direktoru Suat Köçer 15 iyul hadisələri ilə bağlı qısametrajlı, sənədli və tammetrajlı filmlərin çəkildiyini vurğulayaraq, dövlət çevrilişi cəhdini bir az daha fərqli aspektdən şərh etmək istədiklərini söyləyib.
Sənədli filmin rejissoru Elçin Musaoğlu 15 iyula bənzər bir hadisənin azərbaycanlıların 1990-ci ilin 20 yanvarında yaşadığını söyləyərək həmin vaxt sovet ordusunun, tanklarının Bakıya daxil olduğunu bildirib: “O gecə biz 140-dan çox şəhid verdik. 15 iyulda da mən həmin gecəni xatırladım, eyni hissləri yaşadım. Türkiyə bizim də vətənimizdir”.
E.Musaoğlu sənədli filmin üzərində 9 ay işlədiklərini söyləyib.
Malatya Beynəlxalq Film Festivalının rəhbəri və Malatya Böyükşəhər Bələdiyyəsinin sədri Əhməd Çakır Türkiyə və Azərbaycanın çox dərin tellərlə bir-birinə bağlı iki ölkə olduğunu bildirərək 15 iyul dövlət çevrilişi cəhdini əks etdirən “Türkiyə mənim də Vətənimdir” sənədli filmini istehsal etdiklərinə görə qürur duyduqlarını deyib.
Qeyd edək ki, 15 iyul gecəsi baş verən dövlət çevrilişi cəhdi zamanı Türkiyədə yaşanan hadisələrin azərbaycanlıların gözü ilə lentə köçürüldüyü sənədli filmin çəkilişləri Bakı, İstanbul, Ankara, Sakarya və Malatyada aparılıb.




 
Bölməyə aid digər xəbərlər
17.09.2019
Türkiyənin Vitse-prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
16.09.2019
Dünya bazarlarında İsveçrə şirkətlərinin loqosu ilə saxta qızıl külçələr aşkarlanıb
16.09.2019
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda bədii gimnastika üzrə 37-ci dünya çempionatının açılış mərasimində iştirak ediblər
16.09.2019
“Müəllim olmaq istəyənlərin sayı artır“
16.09.2019
Əhalinin sayı 46417 nəfər artaraq 10 milyon 27 min 874 nəfərə çatıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Müəllimlərin dərs yükü norması artırıldı
3 Daxili İşlər nazirindən yeni təyinat
4 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info