Beyləqanda bir sıra kənd təsərrüfatı məhsulları istehsalı artıb
Tarix: 12.02.2018 | Saat: 12:40:00 | E-mail | Çapa göndər


Həyata keçirilən uğurlu iqtisadi siyasət, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının icrası nəticəsində ölkəmizin bütün bölgələrində olduğu kimi, Beyləqan rayonunda da kənd təsərrüfatının inkişafı təmin edilib.
Yevlax rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, 2017-cı ildə bir sıra kənd təsərrüfatı məhsulları istehsalında artım qeydə alınıb. Ötən il fermer və torpaq mülkiyyətçiləri 45 min 285 ton buğda, 3986 ton arpa, 378 ton paxlalılar, 15 min 727 ton pambıq, 4083 ton soya, 16 min 446 ton şəkər çuğunduru, 11 min 796 ton dən qarğıdalı, 3698 ton kartof, 23 min 460 ton tərəvəz, 6226 ton bostan məhsulları, 6897 ton meyvə, 1340 ton üzüm istehsal ediblər. Əvvəlki illə müqayisədə pambıq istehsalı 2 dəfə, soya istehsalı 3,6 dəfə, şəkər çuğunduru istehsalı 4,4 dəfə, dən qarğıdalı istehsalı 71,7 faiz, tərəvəz istehsalı 2,4 faiz, bostan məhsulları istehsalı 37,8 faiz, üzüm istehsalı isə 39,4 faiz çoxalıb.
2017-ci ildə heyvandarlıq məhsulları istehsalında da artım olub. Belə ki, il ərzində 7949 ton diri çəkidə ət, 39 min 573 ton süd, 589 ton yun, 19 min 640 yumurta istehsal olunub. 2016-cı illə müqayisədə ət istehsalı 0,5 faiz, süd istehsalı 0,1 faiz, yun istehsalı 0,4 faiz, yumurta istehsalı isə 0,2 faiz çoxdur.
Rayonun təsərrüfatlarında 2018-ci ilin məhsulu üçün payızlıq səpin də uğurla həyata keçirilib. Təmiz herik şumunu da daxil etməklə 22 min 660 hektarda şum qaldırılıb, 15 min 776 hektarda payızlıq bitkilər, o cümlədən 13 min 903 hektarda buğda, 1543 hektarda arpa səpilib. 2016-cı illə müqayisədə buğda səpini 918 hektar, arpa səpini isə 69 hektar artıb.




 
Bölməyə aid digər xəbərlər
17.09.2019
Sudanda “Türk kəndləri“ salınacaq
17.09.2019
Vilayət Eyvazovdan yeni təyinat
17.09.2019
Mədəniyyət xadimlərinə fəxri adlar verilib
17.09.2019
Yeni Azərbaycan Partiyası tərəfindən keçirilən müsabiqənin qalibləri ilə görüş olub
17.09.2019
Sabah hava isinəcək - 32 dərəcə

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Daxili İşlər nazirindən yeni təyinat
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 Masallı rayonunun Çaxırlı ərazisinin Kəlbəhüseynli kəndində səyyar görüş
5 5 mindən artıq müəllimin maaşı 1000 manatı ötüb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info