Xaçmazda quşçuluq kompleksi tikilir
Tarix: 12.02.2018 | Saat: 11:53:00 | E-mail | Çapa göndər
Xaçmazda illik quş əti istehsalı 6 min ton olan quşçuluq kompleksinin tikintisinə başlanılıb. Müəssisə yem fabriki, broyler və kəsim sexlərindən ibarət olacaq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun Çarxı kəndində inşa olunan quşçuluq kompleksində yüksəkkeyfiyyətli, ixrac potensiallı quş əti və quş əti məhsulları istehsal ediləcək. 250 nəfərin işlə təmin ediləcəyi müəssisədə quş əti ilə yanaşı, ildə 10 min ton yem də istehsal olunacaq.
“Aztoyuq” MMC-nin baş direktoru Elçin Qafarov bildirib ki, layihənin ümumi dəyəri 14 milyon manatdır. Kompleksdə hər birində 40 min baş quşun saxlanacağı 20 broyler sexi fəaliyyət göstərəcək. Burada tikiləcək kəsim sexlərinin gücü saatda 2 min 500 baş quşun kəsiminə imkan verəcək.
Kompleksin tikintisinə altı ay öncə başlanılıb. Tikinti işlərinə yerli və xarici mütəxəssislər cəlb olunub. Müəssisənin ümumi ərazisi 50 hektardır. Bu ərazinin 10 hektarında broyler və kəsim sexləri, yem fabriki inşa olunacaq. 35 hektar sahədə isə fındıq bağları salınacaq. Digər 5 hektarda yaşıllıq və istirahət zonası yaradılacaq.
“Dövlətimizin başçısı Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışında ərzaq təhlükəsizliyi məsələlərinin daim diqqət mərkəzində saxlanıldığını vurğulayaraq, bu sahəyə xüsusi diqqət göstərilməsini tövsiyə edib. Biz də bu tövsiyələrə uyğun olaraq, ölkədə sahibkarlara yaradılan şəraitdən faydalanmaqla belə bir quşçuluq kompleksinin tikintisinə başlamışıq”, - deyə Elçin Qafarov bildirib.
Quşçuluq kompleksinin bu ilin yay aylarında başa çatdırılması nəzərdə tutulub.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.04.2018
“Ölkəmiz dünyanın 20 turizm mərkəzlərindən biri olacaq”
20.04.2018
Tovuzun iqtisadiyyatına 6,4 dəfə çox özəl investisiya cəlb olunub
19.04.2018
Aztəminatlı ailələr üçün meyvə bağları salınıb
19.04.2018
Ötən üç ayda Beyləqanda ümumi məhsul buraxılışının həcmi 52,8 milyon manat olub
18.04.2018
Naxçıvanda növbəti əmək yarmarkaları keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9053

1 Mətanət Səmədova: “Əslində, peşəkar müəllim olmaq üçün heç də yaşlanmaq əsas deyil”
2 “Gənclərimiz dövlətin etimadını hər addımda doğruldurlar”
3 Qazaxıstandakı azərbaycanlı general-mayor təltif olunub
4 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
5 “Ermənistan bu gün geosiyasi və geoiqtisadi baxımdan özünütəcrid vəziyyətindədir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info