Özbək ədəbiyyatı ilə bağlı 13 kitab, 98 məqalə yazan azərbaycanlı alim
Tarix: 12.02.2018 | Saat: 16:37:00 | E-mail | Çapa göndər


Özbəkistandakı səfirliyimizin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) Bakı Dövlət Universiteti türkologiya kafedrasının müdiri, professor Ramiz Əskərlə görüş keçirilib.
Tədbirdə Əlişir Nəvai adına Özbəkistan Dil və Ədəbiyyat Universitetinin (ÖDƏU) və Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin (DDPU) türkoloq alimləri, ədəbiyyatçılar, mədəniyyət və incəsənət xadimləri, diasporumuzun üzvləri iştirak ediblər.
Səfirliyimizin birinci katibi, AMM-nin direktoru Samir Abbasov R.Əskərin türkoloq alim kimi yaradıcılığı haqqında məlumat verib, onu özbək ədəbiyyatı ilə bağlı ardıcıl tədqiqat aparan bir alim kimi təqdim edib. O vurğulayıb ki, Ramiz Əskər indiyədək özbək ədəbiyyatı ilə bağlı 13 kitab, 98 məqalə yazıb.
S.Abbasov deyib ki, alim “XX əsr özbək şeiri antologiyası”, Zəhirəddin Məhəmməd Baburun “Seçilmiş əsərlər” və “Baburnamə”, Sultan Hüseyn Bayqaranın “Divan”, Yusif Balasaqunlunun “Qutadqu- bilik” və digər kitablarını Azərbaycan dilinə tərcümə edib. Bu və digər kitablar populyarlıq qazanıb və alim bu sahədə fəaliyyətini davam edirməkdədir.
“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı katibi, DDPU-nin professoru Erkin Nuriddinov qeyd edib ki, Ramiz Əskər kimi alimlər ədəbiyyatımızı tədqiq etməklə yanaşı, xalqlarımızı daha da yaxınlaşdırır, beləliklə də dostluq və qardaşlıq ənənələrimiz davam edir.
Çıxış edənlər Azərbaycan və özbək ədiblərinin dostluğundan söhbət açıblar və belə görüşlərin səmərəli olduğunu vurğulayıblar.
Ramiz Əskər bu sahədəki fəaliyyəti haqqında danışıb, təşkilatçılara öz minnətdarlığını bildirib, özbək ədəbiyyatına dair yazdığı kitabların bir neçəsini DDPU-ya təqdim edib.
Sonra Samir Abbasov Azərbaycanla Özbəkistan arasında ədəbi əlaqələrin inkişafında müstəsna xidmətlərinə, türkdilli xalqlarının ortaq tarixi və ədəbiyyatını fəal təbliğ etdiyinə görə alimə AMM-nin fəxri diplomunu təqdim edib.
Sonra Azərbaycan-Özbəkistan dostluğuna dair film nümayiş etdirilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
Amerika istehsalı olan “Möcüzə” filmi “Artım”da nümayiş ediləcək
22.09.2019
Milli Dram Teatrı mövsümü “Qarabağnamə” ilə açıb
22.09.2019
Tunc-İlk Dəmir dövrünə aid yeni kurqanlar aşkarlanıb
22.09.2019
Bakıda Beynəlxalq Sülh Günü ilə bağlı kitab sərgisi təşkil olunub
21.09.2019
Budapeştdə Macarıstan-Türkiyə Gülbaba Festivalı açılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10896

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info