Samarada da “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı keçirilib
Tarix: 12.02.2018 | Saat: 16:48:00 | E-mail | Çapa göndər


Rusiyanın Samara şəhərində “Azərbaycan” diaspor təşkilatının İdarə heyətinin növbəti toplantısı keçirilib. Toplantıda “Azərbaycan” diaspor təşkilatının sədri Elmar Rəsulov Azərbaycana son səfər təəssüratlarını bölüşüb. Yığıncaqda Xocalı faciəsinin ildönümünü qeyd etmək üçün hazırlıq qərarı verilib.
Həmçinin “Azərbaycan” və "Ozan" cəmiyyətlərinin 1991-ci ildə 20 Yanvar faciəsi haqqında birgə çəkdikləri “Hüznlü ana” sənədli filminin CBC kanalında yayımlanmasına görə, bu kanalın rəhbərliyinə təşəkkür edilib.
Toplantıda Elmar Rəsulov İdarə həyətinə Diaspor Jurnalistləri Birliyinin fəaliyyəti haqqında da geniş məlumat verib. Daha sonra Diaspor Jurnalistləri Birliyinin sədri Fuad Hüseynzadənin 5 qitədə yaşayan həmyerlilərimizin həyat və fəaliyyətindən bəhs edən “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı keçirilib. Fuad Hüseynzadənin bu kitabın ərsəyə gəlməyində səyi yüksək qiymətləndirilib. Elmar Rəsulov belə kitabların xaricdəki soydaşlarımızın bir araya gəlməsində əhəmiyyətli rolu olduğunu deyib: “Bu kitab insanları birliyə, həmrəyliyə səsləyir. Fuad Hüseynzadə kimi vətənpərvər insanların sayı nə qədər çox olsa, bir o qədər insanlarda inam yaranar. Birlik yaradıb bütün çətinliklərin öhdəsindən gələrik...”
Xatırladaq ki, “Dünya azərbaycanlılarının palitrası” kitabının Rusiyanın Krasnoyarsk və Moskva şəhərlərində də təqdimatı olub. Ümumi olaraq isə kitabın İsveç, ABŞ, Yaponiya, İsrail, Qazaxıstan, Gürcüstan, Özbəkistan, Hollandiya və Litvada da təqdimatı keçirilib.




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
“Türk ocağı” Azərbaycanda bərpa olundu
21.09.2019
Bakı dünyanın 60 ən təhlükəsiz şəhəri sırasındadır
21.09.2019
Ekoloji sənədlərin verilməsi prosesi daha da asanlaşdırılacaq
20.09.2019
“Selcanın bütün dedikləri doğrudur“-Fuad Qəhrəmanlının ikinci qızı
20.09.2019
İçi dərmanla dolu 4 anbar aşkarlanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10896

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info