Azərbaycan-Türkiyə iqtisadi əlaqələri ilə bağlı konfrans keçirilib
Tarix: 12.02.2018 | Saat: 17:04:00 | E-mail | Çapa göndər


İzmirdə fəaliyyət göstərən Azərbaycan Qardaşlıq və Əməkdaşlıq Dərnəyinin təşkilatçılığı ilə 10 fevral 2018-ci il tarixində “Azərbaycanın son iqtisadi inkişafı: Azərbaycan-Türkiyə əlaqələri” mövzusunda konfrans keçirilib. Bu barədə məlumatı diaspor üzrə araşdırmaçı-jurnalist Elnur Eltürk verib. Konfransda Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsinin dekanı Gəray Musayev, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Elşən Bağırzadə mövzu ilə bağlı çıxış ediblər. Konfransda Azərbaycan iqtisadiyyatının müstəqillikdən sonrakı inkişafı, günümüzdəki vəziyyəti və Türkiyə ilə olan iqtisadi əlaqələri müzakirə olunub. Çıxışçılara təşəkkürnamə təqdim edən cəmiyyətin sədri Dr. Asif Kurban, cəmiyyət olaraq Azərbaycanın tanıdılması ilə bağlı digər fəaliyyətlərlə birgə, elmi tədbirlərə önəm verdiklərini, bu konfransın mövzu etibarilə əhəmiyyətli olduğunu,Azərbaycan-Türkiyə arasında iqtisadi münasibətlərin daha inkişafının vacibliyini vurğulayaraq,onlara təşəkkür edib. Tədbirdə İzmirdə yaşayan soydaşlarımız, cəmiyyətin üzvləri, müxtəlif qeyri-hökumət təşkilatların sədrləri, media nümayəndələri, İzmirdə fəaliyyət göstərən universitetlərin elmi əməkdaşları və tələbələr iştirak ediblər. Konfrans sonunda iştirakçıların sual-cavabları ilə davam edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2020
Putin Federasiya Şurasını toplayır
19.09.2020
Döyüşə erməni axçiləri gedir...
18.09.2020
Belarus sərhədlərini bağlayır
18.09.2020
Rusiyada 6 minə yaxın yeni yoluxma qeydə alınıb, 134 nəfər ölüb
17.09.2020
Rusiyada klinikada yanğın baş verib, 4 nəfər ölüb, 2 nəfər yaralanıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11601

1 “Məhəbbət əfsanəsi” və ya əfsanəyə dönmüş ömür
2 Avropada nümayişçilər polis zorakılığına məruz qalır, amma bu məsələlər heç vaxt müzakirəyə çıxarılmır
3 Jurnalistlər üçün onlayn formatda üçüncü təlim keçirilib
4 Prezident İlham Əliyev: Biz daxili tələbatı nə qədər mümkünsə, yerli məhsullar hesabına təmin etməliyik
5 “Yanar dağ” qoruğu Dövlət Turizm Agentliyinin tabeliyinə verilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info