«1in.am»:”Ermənistan demoqrafik göstəricilərinə görə ötən əsrin 90-cı illərinə qayıdır”
Tarix: 12.02.2018 | Saat: 17:26:00 | E-mail | Çapa göndər
“Təbii artım əvvəlki illə müqayisədə 16,4 faiz azalıb”

Bir müddət bundan əvvəl, Ermənistanın baş naziri Karen Karapetyanın ölkəsindəki inkişafla bağlı dedikləri fikirlərə münasibət bildirənlərin sayı hələ də səngiməyib. Onlar baş nazirin reallıqdan uzaq rəqəmlərlə çıxış etdiyini bildirirlər. Belə ki, "Sarukyan" fraksiyasından olan deputat, Avropaya inteqrasiya üzrə Parlament Komissiyasının rəhbəri Naira Zöhrabyan deuib: « Əgər Ermənistanda belə bir real iqtisadi artım varsa, onda niyə miqrasiya və vətəndaşlıq dəyişikliyi bu qədər yüksək templə davam etməkdədir. Təkcə ötən il 25 mindən artıq erməniyə Rusiya vətəndaşlığının verilməsi məsələsində də səylə düşünsək, bu rəqəmlər və onların böyüməsi əvvəllər Ermənistan hökuməti tərəfindən nəşr olunan iqtisadi artım rəqəmlərini təsdiqləmir. Əgər doğrudan da, Ermənistanda sadəcə kağız üzərində yox, real həyatda belə inkişaf varsa, niyə ölkədən qaçmaq istəyənlərin sayında azalma müşahidə edilmir».
"Bu gün Rusiyaya gedən ermənilərin sayının artması ilə yanaşı, Avropanın müxtəlif ölkələrinə də daimi yaşamaq üçün gedənlərin sayında artım müşahidə edilməkdədir. Mən hesab edirəm ki,bu köç Ermənistanın milli təhlükəsizliyi üçün ciddi problemdir ", - deyə Zohrabyan açıqlamasında bildirib.
Onun fikrincə, iqtisadi inkişaf üçün, ilk olaraq ölkədə iş yerləri açılmalı, əhalinin maddi marağını qane edən əməkhaqqı verilməlidir. Lakin bu gün bunların heç biri Ermənistanda müşahidə edilmir. Əksinə, dövlət müəssisələrində çalışanlar isə son zamanlar əməkhaqlarında müəyyən bir azalma olduğunu bildirirlər. ”Düşünürəm ki, bu, xalqa qarşı, sadəcə olaraq, xəyanətdir»- deyə erməni deputat bildirib.
"Əgər bu davam edərsə, tədricən 90-cı illərdəki göstəricilərə sahib olacağıq" - ,bunu isə erməni demokraf Artak Markosyan «1in.am» saytına verdiyi açıqlamada bildirib.
Qeyd edək ki, ermənilərin Milli Statistika Xidməti 2017-ci il üçün nəticələri yekunlaşdırıb. Bu məlumata görə, 2018-ci il 1 yanvar tarixindən etibarən, Ermənistanın daimi əhali sayı 2 milyon 972,9 min nəfər təşkil edib. Belə ki, 2017-ci ilin eyni dövrü ilə müqayisədə Ermənistanın daimi sakinlərinin sayı 13,2 min nəfər azalıb. Ötən il yanvarın 1-nə olan siyahıyaalmaya görə, əhalinin sayı 2 milyon 986,1 min nəfər olmuşdu.
Erməni Milli Statistika Təşkilatının məlumatına görə, bu dövr ərzində ölkədə təbii artımın tempi də xeyli azalıb. Belə ki, Ermənistanda təbii artım 2015-ci ildə 13 885 nəfər təşkil etmişdisə, bu göstərici 2016-cı ildə 12 366, 2017-ci ildə isə 10 332 nəfər olub. Beləliklə, 2017-ci ildə Ermənistandakı təbii artım 2016 ilə müqayisədə 16,4 faiz azalıb. Bu ərəfədə ölkədə evlilik sayının azalması doğumun nisbətinə də təsirsiz ötüşməyib. 2017-ci ildə Ermənistanda doğulanların sayı azalaraq - 37 699 nəfər təşkil edib. 2015-ci ildə doğulma səviyyəsi 41 763 nəfər, 2016-cı ildə isə 40 592 nəfər olub.
Markosyanın fikrincə, “artıq biz 1990-cı illərdə baş vermiş göstəricilərə qayıda bilərik.”

Bu ərəfədə ölkədə evlilik sayının azalması doğumun nisbətinə də təsirsiz ötüşməyib. 2017-ci ildə Ermənistanda doğulanların sayı azalaraq - 37 699 nəfər təşkil edib. 2015-ci ildə doğulma səviyyəsi 41 763 nəfər, 2016-cı ildə isə 40 592 nəfər olub

Demoqrafın fikrincə, 2016 illə müqayisədə artıq nikahların sayında 15 faiz azalma baş verib ki, bu da yeni doğulmuşların sayının azalmasına gətirib çıxarıb: «Bu gün Ermənistandakı gənc ailələr sosial və iqtisadi vəziyyətə əsaslanaraq, üçüncü, dördüncü uşağın olmasını istəmirlər. Artıq vəziyyət kəskin şəkil almaqdadır. Ölkədə bu məsələlərlə bağlı aydın proqram həyata keçirilməlidir».
« Yalnız verilən yardımlar hesabına yaşayacağımız təqdirdə, biz dövlət olaraq qalmayacağıq». Bu fikirləri isə beynəlxalq əlaqələr üzrə ekspert Suren Sarkisyan bildirib. Amerikadakı imkanlı erməni iş adamlarını Ermənistana sərmayə yatırmağa çağıran Sarkisyan ABŞ-ın bu il Ermənistana göstərdiyi yardımın azlığından gileylənir. Buna baxmayaraq, o bu gün Ermənistan-Amerika münasibətlərinin böyük potensiala malik olduğunu bildirir. Bu gün Amerika-Rusiya münasibətlərindəki əlaqələrin o qədər də ürəkaçan olmadığını xatırladan erməni ekspert Ermənistandan ticarət üçün körpü kimi istifadə etməyi məsləhət görür. Ounun fikrincə, erməni mənşəli amerikalı iş adamları Ermənistandan Rusiyaya istehsal və ixrac mallarını göndərə bilərlər. Suren Sarkisyan qeyd edir ki, Ermənistanın Avrasiya İqtisadi Birliyinə üzv olması və Rusiyadan asılılıq bu məsələdə maneə ola bilməz. Lakin Suren Sarkisyan deyəsən, Ermənistanada iş qurmaq istəyən erməni iş adamlarının əksəriyyətinin aldadılaraq, bu ölkədən qaçdıqlarını unudub.
Ağasəf Babayev









 
Bölməyə aid digər xəbərlər
20.04.2018
Nikol Paşinyan: “Plan baş tutarsa, “məxməri inqilab” bir neçə günə başa çatacaq”
20.04.2018
«News.am»: ”Erməni xalqı xoşbəxtliyi öz ölkəsindən kənarda axtarır”
20.04.2018
Lavrov ABŞ-ı Türkiyəni şantaj etməkdə ittiham etdi
20.04.2018
Serj Sarkisyan Yerevandakı etiraz aksiyalarını şərh edib
19.04.2018
«Armenianreport.com» :”Belarus və Qazaxıstan hələ də Azərbaycanı müdafiə edirlər”

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9053

1 Mətanət Səmədova: “Əslində, peşəkar müəllim olmaq üçün heç də yaşlanmaq əsas deyil”
2 “Gənclərimiz dövlətin etimadını hər addımda doğruldurlar”
3 Qazaxıstandakı azərbaycanlı general-mayor təltif olunub
4 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
5 “Ermənistan bu gün geosiyasi və geoiqtisadi baxımdan özünütəcrid vəziyyətindədir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info