Lənkəranın Əşlə kəndindəki körpü əsaslı təmirdən sonra istifadəyə verilib
Tarix: 12.02.2018 | Saat: 17:57:00 | E-mail | Çapa göndər
Ötən ilin oktyabr ayında sel sularının Lənkəran rayonunun Əşlə kəndində yararsız hala saldığı körpü əsaslı təmirdən sonra fevralın 12-də yenidən istifadəyə verilib.
Yeni tikilmiş körpü dörd yaşayış məntəqəsini - Mollakənd, Siyobili, Rvo və Əşlə kəndlərini birləşdirməklə yanaşı, həm də sakinlərin Lənkəran-Lerik avtomobil yoluna çıxışını təmin edir.
Uzunluğu 40, eni 4,5 metr olan dəmir-beton konstruksiyalı, üç aşırımlı körpünün yükgötürmə qabiliyyəti 50 tondur. Körpünün altında, çay məcrasında monolit-beton bünövrə tökülüb. Bünövrəyə əlavə dəmir borular qoyulub, yeni inşa olunmuş dayaqlar körpünün altındakı aşırım tirlərinə bərkidilib. Bu isə bünövrənin sel daşqınları zamanı sıradan çıxmasının qarşısını alacaq.
Körpünün əsaslı təmirdən sonra yenidən istifadəyə verilməsi münasibətilə keçirilən mərasimdə çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov əlamətdar hadisə münasibətilə kənd sakinlərini təbrik edib.
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrası istiqamətdə Lənkəran rayonunda həyata keçirilən irimiqyaslı layihələrdən danışan T.Qaraşov Prezident İlham Əliyevin rayonun sosial-iqtisadi inkişafı ilə əlaqədar imzaladığı sərəncamların əhalinin rifah halının daha da yaxşılaşdırılmasına xidmət etdiyini diqqətə çatdırıb.
Kənd sakinləri əhalinin sosial problemlərinin həllinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Fuad




 
Bölməyə aid digər xəbərlər
19.02.2018
ATƏT DTİHB-nin seçki ilə bağlı ilkin missiyası fevralın 21-də Bakıya gəlir
19.02.2018
“Ermənistan işğal edilmiş torpaqlarımızda milli, dini və tarixi abidələrimizi məhv edir“
19.02.2018
Sabahdan Bayılda yaşayan 67 ailəyə kirayə haqları veriləcək
19.02.2018
ADTGT Avropa Parlamentinə etiraz edib
19.02.2018
Prezident Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Şərh əlavə olunmayıb



    ,    
Aysel İbrahimova
Rəhim Həsənov
Tural Tağıyev
Zülfiyyə Vəliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8432

1 “Birləşmiş Krallıqda bizim çox istedadlı və savadlı insanlarımız var”
2 “Şirkətimiz bu il yüzlərlə yeni və daimi iş yeri yaradacaq”
3 “Qarabağ həqiqətlərinin Belçikada tanınması üçün yerli mətbuatın gücündən istifadə edirik”
4 Xocalı soyqırımı ilə bağlı Türkiyədə bir sıra tədbirlər keçiriləcək
5 Ermənistan mətbuatı: “Əliyev türk elementini Ermənistana qaytarmağı strateji məsələ hesab edir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info