Paul Riçard: “Azərbaycandakı inkişafı şəxsən gördün”
Tarix: 12.02.2018 | Saat: 21:02:00 | E-mail | Çapa göndər
Prezident İlham Əliyev Müqəddəs Taxt-Tacın xarici dövlətlərlə əlaqələr üzrə katibi arxiyepiskop Paul Riçard Gallagerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Azərbaycana ilk dəfədir ki, səfər etdiyini deyən arxiyepiskop Paul Riçard Gallager göstərilən yüksək qonaqpərvərliyə görə dövlət başçısına minnətdarlığını bildirib. Azərbaycan haqqında çox məlumatlı olduğunu qeyd edən qonaq ölkəmizə səfərindən məmnunluğunu ifadə edib, buradakı inkişafı öz gözləri ilə görməyin maraqlı olduğunu vurğulayıb. Roma Papası I Fransiskin fərmanı ilə Azərbaycan Katolik Kilsəsinin ordinarisi Vladimir Feketenin yepiskop rütbəsinə yüksəldilməsinin çox sevindirici hadisə olduğunu deyən arxiyepiskop Paul Riçard Gallager bunun Müqəddəs Atanın ölkəmizdəki katolik icmasına və Azərbaycan ilə əlaqələrə verdiyi önəmin mühüm göstəricisi olduğunu bildirib. Roma Papası I Fransiskin iki il əvvəl Azərbaycana səfərinin tarixi hadisə olduğunu qeyd edən Prezident İlham Əliyev səfərlə bağlı xoş xatirələrinin olduğunu bildirib. Dövlət başçısı, həmçinin özünün Vatikana rəsmi səfərini məmnunluqla xatırlayaraq Roma Papası I Fransisk, o cümlədən dövlət katibi, kardinal Pietro Parolin ilə keçirdikləri görüşlərin əhəmiyyətini vurğulayıb, bu cür yüksək səviyyəli qarşılıqlı səfərlərin Azərbaycan ilə Vatikan arasında sıx əlaqələrin göstəricisi olduğunu qeyd edib. Prezident İlham Əliyev Müqəddəs Taxt-Tacın xarici dövlətlərlə əlaqələr üzrə katibi arxiyepiskop Paul Riçard Gallagerin Azərbaycana səfərinin səmərəli keçəcəyinə ümidvar olduğunu bildirib, səfərin iki dövlət arasında mövcud tərəfdaşlıq əlaqələrini möhkəmləndirəcəyinə əminliyini ifadə edib. Söhbət zamanı Azərbaycanın nümunəvi multikultural və tolerant bir ölkə kimi dinlərarası və mədəniyyətlərarası dialoqa böyük töhfə verdiyi qeyd edilib. Prezident İlham Əliyev Roma Papası I Fransiskin və dövlət katibi kardinal Pietro Parolinin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Roma Papası I Fransiskə və dövlət katibinə çatdırmağı xahiş edib.




 
Bölməyə aid digər xəbərlər
24.05.2018
Avropa İttifaqı 2019-cu ildə Türkiyəyə əlavə 1,5 milyard yardım ayıracaq
24.05.2018
Çilidə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olunub
24.05.2018
Atəşkəs rejimi 100 dəfə pozulub
23.05.2018
Bakı şəhəri və qəsəbələrdə təhsil müəssisələrinin tikintisinə vəsait ayrıldı
23.05.2018
“Bəs deyirdiniz müxalifətin pulu yoxdur?”

Şərh əlavə olunmayıb



    ,    
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9303

1 “İsveçdə keçiriləcək parlament seçkilərində bir neçə azərbaycanlının namizədliyi irəli sürülüb”
2 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
3 “Ermənistan işğalçı tərəf olaraq Laçın rayonunda qeyri-qanuni əməllərini davam etdirir”
4 “Əlillik təyinatlarının həyata keçirilməsində mövcud vəziyyət qənaətbəxş deyil”
5 “Bəzən valideynlər övladlarının saatlarla cizgi filminə baxması ilə fərəhlənirlər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info