Müxalifətin namizədlərinin sayı 11-ə çatdı
Tarix: 13.02.2018 | Saat: 01:15:00 | E-mail | Çapa göndər


Azərbaycanda aprelin 11-də keçiriləcək prezident seçkilərində iştirakla bağlı qərar verən namizədlərin sırası genişlənir. Seçkilərə müxalifət partiyalarının daha çox maraq göstərməsi isə seçki marafonunun rəngarəng olacağından xəbər verir. Ötən yazımızda Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu, Yeni Azərbaycan Xalq Cəbhəsi Partiyasının (YAXCP) sədri Razi Nurullayev, Ağ Partiyanın sədri Tural Abbaslı, sollardan Azərbaycan Liberal Demokrat Partiyasının lideri Fuad Əliyevin, Cümhuriyyət Xalq Partiyasının rəhbəri Bədrəddin Quliyevin namizəd olması barədə yazmışdıq. Son məlumatlara görə isə namizədlərin sırası daha da genişlənib. Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev də namizədliyini irəli sürüblər.
Bundan başqa, sollardan seçkiyə qatılacaq daha bir partiya isə ASP-Azərbaycan Sosialist Partiyası olub. Belə ki, Azərbaycan Kommunist Partiyasının və Azərbaycan Sosialist Partiyası üzvlərinin birgə plenumu keçirilib və plenumun gündəliyində duran əsas məsələ, qarşıdan gələn prezident seçkilərində, adıçəkilən partiyaların öz namizədləri ilə iştirak məsələsi olub. Yekdil qərara əsasən partiyaların seçkilərdə iştirakı vacib sayılıb, plenumda, həmçinin seçkilərdə namizəd olaraq, Azərbaycan Sosialist Partiyasının sədri Elşən Həsənovun namizədliyinin irəli sürülməsi qərara alınıb.
Plenumun çıxardığı qərara əsasən bu məqsədlə təşəbbüs qrupu yaradılıb və müvafiq sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim etmək nəzərdə tutulub.
Həmçinin Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP İdarə Heyəti də keçiriləcək prezident seçkiləri ilə bağlı bəyanat yayıb.
Bəyanatda bildirilir ki, BAXCP partiyanın sədri, millət vəkili Qüdrət Həsənquliyevin prezidentliyə namizədliyini irəli sürüb.
O da qeyd olunur ki, bir sıra radikal müxalifət partiyalarının sonuncu seçkilərdən keçən 4 il 6 ayda nail ola bilmədiyi dəyişikliklərə son 6 ayda nail ola biləcəyini iddia edərək prezident seçkilərinə qatılmadığını bildirib. Bununla da bəzi xarici dairələrə Azərbaycan əleyhinə təbliğat kampaniyalarını genişləndirmələrinə zəmin yaradıblar. BXCP Seçki Məcəlləsində nəzərdə tutulmuş son müddətədək vahid namizədin müəyyənləşdirilməsi ilə bağlı müzakirələri davam etdirəcəyini bildirir.
Bundan başqa, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Zahid Oruc da aprelin 11-nə təyin edilən prezident seçkilərində namizəd olacağını açıqlayıb. Beləcə, bir-iki radikal müxalifət partiyasının milli deyil, qrup və şəxsi maraqlarını düşünərək seçkilərə qatılmaqdan imtina etməsinə baxmayaraq, müxalifət partiyalarının bu seçkidə aktiv olacağı görünür. O da məlumdur ki, əslində, radikallar elektoratlarının zəif olduğunu görüb bu qərarı verdilər, üstəgəl debatlarda Zahid Oruc, Qüdrət Həsənquliyev, Əli Əliyev, Mirmahmud Mirəlioğlu kimi təcrübəli siyasətçilərlə üz-üzə siyasi müzakirələr aparmaq gücündə deyillər.
Əgər radikallar namizəd ortaya qoysaydılar belə, sözügedən siyasətçilərlə başa-baş mübarizə apara bilməyəcəkdilər.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
19.10.2018
YAP Ərazi İlk Partiya Təşkilatının hesabat seçki yığıncağı keçirilb
19.10.2018
Vaşinqtonda Azərbaycanın dövlət müstəqilliyi qeyd olunub
18.10.2018
Rusiyalı tarixçi: Ermənistanda faşizmin qəhrəmanlıq kimi təqdim edilməsi aktuallığını itirmir
18.10.2018
Musa Qasımlı: Ötən illər göstərdi ki, Heydər Əliyev siyasətinin alternativi yoxdur
18.10.2018
“Son 15 ildə müstəqil Azərbaycan heyrətamiz inkişaf və yüksəliş yolu keçib”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10273

1 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
2 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
3 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
4 “Odessada gənclərimiz çox maraqlı layihələr həyata keçirirlər”
5 Türkiyə mediası: “Star”Avropanın ən müasir müəssisəsi olacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info