“Çelsi”nin problemini çox şişirdirlər“
Tarix: 13.02.2018 | Saat: 07:43:00 | E-mail | Çapa göndər
“Biz Premyer Liqada 5-ci pillədə gedən və Çempionlar Liqasında “Barselona” ilə oyuna hazırlaşan komandadan danışırıq. İngiltərə kubokunda mübarizəni davam etdiririk və Liqa kubokunun yarımfinalındayıq”.
Bu sözləri “Çelsi”nin baş məşqçisi Antonio Konte deyib. Son vaxtlar uğursuz nəticələrə görə komandasına yönələn tənqidlərə münasibət bildirən italiyalı mütəxəssis problemin çox şişirdildiyini vurğulayıb:
“İki oyun ardıcıl uduzanda nələrinsə qaydasında olmadığını başa düşürük. Amma hazırkı vəziyyətimizi çox şişirdirlər. Hər şey elə görünür ki, biz sanki yaşamaq üçün mübarizə aparırıq. Bir sıra şayiə və fərziyyələrə baxmayaraq, komanda olaraq, ümidləri doğrulduruq. Düşünmürəm ki, bu mövsüm kimsə çempion olacağımıza inanır. Titul uğrunda Mançesterin iki təmsilçisi mübarizə aparır. Biz ötən mövsüm də onlardan geridəydik”.
Konte bu cür təzyiqlərə hazırlıqlı olmalı olduqlarını söyləyib: “Klub və mənim barəmdə şayiələr həddindən artıq çoxdur. Balansı qorumaq lazımdır. Bilirəm ki, biz bu cür təzyiqlərə hazırlıqlı olmalıyıq. “Çelsi”də məni və futbolçuları hər şey qane edir”.
Qeyd edək ki, son vaxtlar uğursuz nəticələrə görə Kontenin istefaya göndəriləcəyi ilə bağlı xəbərlər dolaşır.




 
Bölməyə aid digər xəbərlər
19.02.2018
Ronaldo Benzema ilə oynamaq istəməyib
19.02.2018
“Real“ın yeni transfer hədəfi
19.02.2018
Karateçilərimiz Dubayda bir qızıl və iki bürünc medal qazanıblar
19.02.2018
Stadnik beynəlxalq turnirdə gümüş medal qazanıb
17.02.2018
“Bayern Munich“ Rodriqeslə bağlı qərarını verdi

Şərh əlavə olunmayıb



    ,    
Aysel İbrahimova
Rəhim Həsənov
Tural Tağıyev
Zülfiyyə Vəliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8432

1 “Birləşmiş Krallıqda bizim çox istedadlı və savadlı insanlarımız var”
2 “Şirkətimiz bu il yüzlərlə yeni və daimi iş yeri yaradacaq”
3 “Qarabağ həqiqətlərinin Belçikada tanınması üçün yerli mətbuatın gücündən istifadə edirik”
4 Xocalı soyqırımı ilə bağlı Türkiyədə bir sıra tədbirlər keçiriləcək
5 Ermənistan mətbuatı: “Əliyev türk elementini Ermənistana qaytarmağı strateji məsələ hesab edir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info