Azərbaycan “ I Qlobal Sərhədlərarası Elektron Ticarət“ üzrə beynəlxalq konfransda iştirak edib
Tarix: 13.02.2018 | Saat: 11:26:00 | E-mail | Çapa göndər
Fevralın 8-10-da Çinin Pekin şəhərində Ümumdünya Gömrük Təşkilatının (ÜGT) dəstəyi ilə "Birinci Qlobal Sərhədlərarası Elektron Ticarət" üzrə Beynəlxalq Konfrans keçirilib.
 
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, 2000 nümayəndənin qatıldığı konfransda Azərbaycanı Dövlət Gömrük Komitəsi Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi İqbal Babayev iştirak edib.
 
Üç gün davam edən konfransın ilk günündə "Nuctech MMC" şirkətinin təşkilatçılığı ilə təqdimat və sərgi keçirilib. Sərgi çərçivəsində DGK Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi İ. Babayev "Nuctech MMC" şirkətinin rəhbərliyi ilə görüşüb və şirkətin istehsal etdiyi yeni və müasir texnoloji avadanlıqlara baxış keçirib.
 
İ. Babayev "Nuctech MMC" şirkətinin istehsalı olan "e-Beam" radiasiya sistemi, insanların daxili orqanlarını skan edən rentgen aparatı, müxtəlif spektometrlər, narkotiklərin təyin edilməsi üzrə əl laboratoriya aparatları, radiasiya səviyyəsini müəyyən edən mobil avtomobillər, yük maşınlarının skan edilməsi ilə bağlı portal, stasionar və mobil X-ray qurğuları, dəmiryolu və konteyner X-ray skan sistemləri, şərnişin yoxlama sistemləri, GPS açarları və malların çatdırılması üzrə idarəetmə sistemləri, Air Cargo, əl baqajları, poçt bağlamaları və ümumi cargo baqajlarının yoxlanılması üçün X-ray rentgen avadanlıqları, tomoqraflar, sərhəd-gömrük keçid məntəqələrinin modernləşdirilməsi üzrə müasir texnologiyalar və bu kimi digər yeni texnoloji həllər ilə tanış olub.
 
Fevralın 9-da "Birinci Qlobal Sərhədlərarası Elektron Ticarət" üzrə Beynəlxalq Konfransın açılış mərasimi olub. Rəsmi açılışda Çinin baş nazirinin müavini Ni Yuefeng, Çin Gömrük İdarəsinin rəisi Yu Guangzhou, ÜGT-nin Baş katibi Kunio Mikuriya və "Alibaba" Şirkətlər Qrupunun rəhbəri Jack Ma çıxış ediblər. Məruzəçilərin çıxışları elektron ticarət, rəqəmsal iqtisadiyyat və cəmiyyət, yeni texnoloji innovasiyalar, gömrükidarəetmə sistemlərinin yenidən qurulması, gündəlik həyat və biznesin transformasiyası, sərhədsiz və şəffaf iqtisadiyyat çərçivələrinin işlənməsi, iqtisadi artım, inteqrasiya və beynəlxalq ticarətin təşviqi kimi mövzuları əhatə edib.
 
Konfrans sonra işini bölmələrdə davam etdirib. "Qiymətləndirmə və Təhlil: Böyük Verilənlərdən (Big Data) necə istifadə etmək olar?" adlı bölmədə İ.Babayev "Azərbaycanda gömrük sahəsində qərarların qəbul edilməsində Böyük Verilənlərin (Big Data) təhlili" üzrə təqdimatla çıxış edib və sonra dəyirmi masada bu istiqamət üzrə müzakirələr aparılıb.
 
Dəyirmi masada suallara ətraflı cavablandıran İ. Babayev Azərbaycan gömrüyünün inkişafından başqa dünyada baş verən və hökm sürən rəqəmsal iqtisadiyyat, Böyük Verilənlərin idarə olunması və Əşyaların İnterneti kimi sahələrin inkişafı və bu sahələrin ticarətin asanlaşdırılmasında, eyni zamanda gömrük idarəçiliyin tənzimlənməsində rolu haqqında məlumatlar verib.
 
Fevralın 10-da "Birinci Qlobal Sərhədlərarası Elektron Ticarət" üzrə Beynəlxalq Konfrans öz işini yekunlaşdırıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.05.2018
Ölkəmizə gələn turistlərin sayı 13 faizdən çox artıb
23.05.2018
Məhəbbət Vəliyeva: “Şagirdlərin məktəblərə mobil telefonla gəlməsinə göz yumanlar var”
23.05.2018
DİN: Gənclərdə aqressiyanın əsas səbəbi xaricdən ötürülən cizgi filmləridir
23.05.2018
Bakı Nəqliyyat Agentliyində AXC-nin 100 illiyi ilə bağlı tədbir keçirilib
23.05.2018
May ayı üzrə pensiyaların ödənişi başa çatdırılıb

Şərh əlavə olunmayıb



    ,    
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9303

1 “İsveçdə keçiriləcək parlament seçkilərində bir neçə azərbaycanlının namizədliyi irəli sürülüb”
2 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
3 “Ermənistan işğalçı tərəf olaraq Laçın rayonunda qeyri-qanuni əməllərini davam etdirir”
4 “Əlillik təyinatlarının həyata keçirilməsində mövcud vəziyyət qənaətbəxş deyil”
5 “Bəzən valideynlər övladlarının saatlarla cizgi filminə baxması ilə fərəhlənirlər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info