Uzunömürlü və xoşbəxt evliliyin sirri
Tarix: 13.02.2018 | Saat: 14:32:00 | E-mail | Çapa göndər


Tarixən zəngin adət-ənənələrə malik olan Azərbaycan ailəsi uzun ömürlülüyü və möhkəmliliyi ilə seçilib. Qarşılıqlı hörmət, sevgi və sədaqət kimi dəyərləri özündə birləşdirən Azərbaycan ailəsi dünyada ən yaxşı ailə modellərindən biri hesab olunur.
AZƏRTAC-ın bölgə müxbiri Tərtər şəhərində 67 il əvvəl qurulan Mustafayevlər ailəsinin qonağı olub, uzunömürlü və xoşbəxt evliliyin sirləri ilə maraqlanıb. Hüseyn və Zərniyar Mustafayevlər 1951-ci ildə qurduqları ailənin uzun ömürlü olmasının səbəbini qarşılıqlı hörmətdə, sevgi və sədaqətdə görürlər. Onlar üç oğul, üç qız tərbiyə edib, boya-başa çatdırıblar. On beş nəvələri, on üç nəticələri var.
Hüseyn Mustafayev söhbət zamanı bildirib ki, 1926-cı ildə keçmiş Ağdərə rayonunun Dovşanlı kəndində anadan olub. 1944-cü ildə Böyük Vətən müharibəsi zamanı hərbi xidmətə çağırılsa da, Bakıda neft mədənlərində işləməyə göndərilib. 1949-cu ildə doğma kəndinə qayıdaraq musiqi ilə məşğul olub. Tar ifaçısı kimi el şənliklərinə, toylara gedib. Elə Zərniyar xanımı da toyların birində görüb, bəyənib, elçi düşüb.
O, ailə qurduqdan sonra Tərtərdə dəmirçi işləyərək yaşayış evlərinin, ictimai binaların dam örtüklərini vurub, ailəsinin dolanışığını təmin edib. Min bir əziyyətlə Tərtərdə özünə ev tikən Hüseyn kişi ailəsi ilə birlikdə bu rayona köçüb. Bu gün də tərtərlilər onu “Dəmirçi Hüseyn” kimi tanıyırlar.
Hüseyn kişi deyir ki, ailənin möhkəm olması üçün sağlam bünövrə, sevgi və mehriban münasibət əsas şərtdir: “Ailə müqəddəsdir. Bir dəfə qurulmalıdır. Gözəl məhəbbətlə qurulan ailənin ömrü də uzun olar. Sevgi olmasa, yaşayış da olmaz. Biz ailədə çox mehriban olmuşuq. Can deyib, can eşitmişik. Bir-birimizi başa düşüb, güzəştə getməyi bacarmışıq. Ailədə inam, sədaqət və dostluq olmalıdır. Qoy, cavanlar bizim kimi ailələrdən nümunə götürsünlər, dalaşmasınlar, ailələrini dağıtmasınlar”.
Zərniyar xanım da ailəsindən, ömür-gün yoldaşı ilə münasibətlərindən razılıqla danışır. Gözəl günlər yaşadıqlarını, Qarabağın yaylaqlarında xoş dövran sürdüklərini deyir. O, bu illər boyu bir-birilərinin qəlbinə toxunmadıqlarını deyir. Gənclərə, gənc ailələrə də mehriban olmağı tövsiyə edir. “Əsas odur ki, yeni ailə quran gənclər bir-birinə güzəştə getməyi bacarsınlar. Əgər bunu bacaracaqlarsa, həmin ailə də uzun ömürlü olacaq” – deyə, Zərniyar xanım bildirib.
Yaşayışları sadə, söhbətləri səmimi olan bu insanlarla sağollaşıb ayrılanda Hüseyn kişinin gənclərə xitabən dediyi sözlər lap yerinə düşdü: “Ta keçmişdən yeni ailə quranlara ağsaqqallar, ağbirçəklər “qoşa qarıyın” deyə alqış edərdilər. Mən də bütün ailə quranlara qoşa qarımağı arzulayıram – bizim kimi”.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
17.07.2018
“Prezidentin mətbuata dəstək verməsi artıq ənənəyə çevrilib”
17.07.2018
Konfrans iştirakçılarının türk mədəniyyəti ilə tanışlığı
17.07.2018
“Azərbaycanda sabitliyi pozmağa cəhd edənlərin cəzası ağır olacaq”
17.07.2018
Gəncə hadisələri ilə bağlı daha 4 nəfər həbs edilib
17.07.2018
Torpaq idarəçiliyi ilə bağlı Ağcabədidə İşgüzar forum keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Vüsalə Ağabəyli
Şahin Sərdarlı
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9643

1 Ərəstü Həbibbəyli Baş nazirin Katibliyinin rəisi təyin edilib
2 “Babamızın şeirlərinə sahib çıxanlar var”
3 “Təxribatçıların çağırışlarına inanmayın”
4 “Cavan”-dan hər kəs üçün qeyr-adi festival
5 Elektrik enerjisi və qaz təchizatı sahəsində nəzarət qaydası təsdiqləndi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info