Yuxusuzluğun orqanizmə ziyanı varmı?
Tarix: 13.02.2018 | Saat: 14:33:00 | E-mail | Çapa göndər
Yuxu orqanizmin ən vacib fizioloji vəziyyəti olsa da, onun mənşəyi və səbəbləri hələ indiyədək tam öyrənilməyib. Yuxuya gedən canlının şüuru bir neçə saatlığa sönmüş olur. Bununla belə alimlər yuxunun bəzi qanunauyğunluqlarını da aşkar ediblər. Məlum olub ki, 6-8 saat yuxu yatan yetkin insanlara uzun ömür sürmək nəsib olur. Yuxu azlığı isə diabet və ürək-damar xəstəlikləri kimi bir sıra problemlərə səbəb olur. Xroniki yuxusuzluq da həmin xəstəliklərlə yanaşı piylənmə, depressiya və beyin zədələnmələri ilə əlaqələndirilir.
Bəs yatmamaq necə, mümkündürmü?
AZƏRTAC tibbi saytlara istinadla xəbər verir ki, alimlər bu sahədə maraqlı bir tədqiqat aparıblar. İlk yuxusuz gecədən sonra insan beynində mezolomit sistem aktivləşərək qana defomin atır. Həmin təsirin nəticəsi olaraq insan daha enerjili, pozitiv və aktiv olur. Əvvəlcə beyində qərar verməyə və nəticələri qiymətləndirməyə nəzarət edən strukturlar reaktivləşir, özünüidarə zəifləyir, yorğunluğun meydana çıxması ilə reaksiyaların sürəti yavaşıyır və ətraf aləmi dərketmə funksiyaları azalır.
İkinci yuxusuz gecədən sonra orqanizmdə qlükoza mübadiləsi və immun sistemi fəaliyyəti pozulmağa başlayır. Üçüncü yuxusuz gecədən sonra isə ilk hallüsinasiyalar meydana gələ bilər.
Elmi təcrübələr nəticəsində ən uzunmüddətli yuxu məhdudiyyəti 264 saat və ya 11 gün davam edib. Məlum səbəblərdən təcrübə yarıda qoyulub. Həmin proseslər zamanı alimlər bir sıra maraqlı nəticələrə gəliblər.
Yuxusuz keçən 11 gecədən sonra dağınıqlıq və əsəbilik müşahidə olunsa və ətraf aləmi dərketmə prosesi çətinləşsə də, yuxusuzluğun orqanizmə heç bir mənfi təsiri olmayıb. Tibbi mənada bütün orqanlar normal işləməkdə davam edib: nə beynin fəaliyyətinə zərər dəyib, nə də psixi pozulmalar meydana gəlib. Lakin təcrübə elə həmin mərhələdə də dayandırılıb. Yuxusuzluğun davam etdiriləcəyi təqdirdə orqanizmin funksiyalarının pozulmayacağına heç bir zəmanət verilə bilməz.
 Mahmud




 
Bölməyə aid digər xəbərlər
19.02.2018
Süni intellekt zəlzələ aşkarlayıb
19.02.2018
Yerkökü şəkərli diabet zamanı istifadə edilir
19.02.2018
BAFTA kino mükafatı qaliblərinin adları açıqlanıb
19.02.2018
İtaliyalı tatu rəssamı dünya rekorduna imza atıb
19.02.2018
Hakim 9 futbolçunu meydandan qovdu

Şərh əlavə olunmayıb



    ,    
Aysel İbrahimova
Rəhim Həsənov
Tural Tağıyev
Zülfiyyə Vəliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8432

1 “Birləşmiş Krallıqda bizim çox istedadlı və savadlı insanlarımız var”
2 “Şirkətimiz bu il yüzlərlə yeni və daimi iş yeri yaradacaq”
3 “Qarabağ həqiqətlərinin Belçikada tanınması üçün yerli mətbuatın gücündən istifadə edirik”
4 Xocalı soyqırımı ilə bağlı Türkiyədə bir sıra tədbirlər keçiriləcək
5 Ermənistan mətbuatı: “Əliyev türk elementini Ermənistana qaytarmağı strateji məsələ hesab edir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info