ABŞ-da elektron dəri yaradılıb
Tarix: 13.02.2018 | Saat: 14:33:00 | E-mail | Çapa göndər
Kolorado Universitetinin mühəndisləri tərəfindən hazırlanmış elastik elektron dəri zədələnərkən bərpa olmaq qabiliyyətinə malikdir, həmçinin sonrakı emal üçün xüsusi mayedə tamamilə həll edilə bilər.
“ICTnews” Elektron Xəbər Xidməti yazır ki, nazik material formasında hazırlanmış elektron dəri insan dərisinin funksiya və mexaniki xüsusiyyətlərini imitasiya edə bilər. Məsələn, onu insanabənzər robotların dərisi kimi istifadə etmək olar.
ABŞ alimlərinin yeni həllinin əsasını təzyiq, temperatur, rütubət və havanın sərfini ölçən altlıq və datçiklərin yaradılmasında istifadə edilmiş polimin adlı material təşkil edir. Bundan başqa, bu datçiklərdə, həmçinin gümüş nanozərrəcikləri mövcuddur ki, bu da elektrik ötürücülüyü və əlavə mexaniki möhkəmliyi təmin edir.
Sensor zədələndikdən sonra dərini bərpa etmək üçün qırılma yerinə polimin materialı çəkmək və bir az gözləmək kifayətdir: otaq temperaturunda "yara" təxminən 30 dəqiqə sonra sağalacaq. Əgər dəri çox ciddi zədələnibsə, onda onu xüsusi mayedə həll edərək sonra məhluldan yeni nümunə düzəltmək olar.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
19.02.2018
Süni intellekt zəlzələ aşkarlayıb
19.02.2018
Yerkökü şəkərli diabet zamanı istifadə edilir
19.02.2018
BAFTA kino mükafatı qaliblərinin adları açıqlanıb
19.02.2018
İtaliyalı tatu rəssamı dünya rekorduna imza atıb
19.02.2018
Hakim 9 futbolçunu meydandan qovdu

Şərh əlavə olunmayıb



    ,    
Aysel İbrahimova
Rəhim Həsənov
Tural Tağıyev
Zülfiyyə Vəliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8432

1 “Birləşmiş Krallıqda bizim çox istedadlı və savadlı insanlarımız var”
2 “Şirkətimiz bu il yüzlərlə yeni və daimi iş yeri yaradacaq”
3 “Qarabağ həqiqətlərinin Belçikada tanınması üçün yerli mətbuatın gücündən istifadə edirik”
4 Xocalı soyqırımı ilə bağlı Türkiyədə bir sıra tədbirlər keçiriləcək
5 Ermənistan mətbuatı: “Əliyev türk elementini Ermənistana qaytarmağı strateji məsələ hesab edir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info