Uşağa əti neçə aydan sonra vermək olar?
Tarix: 13.02.2018 | Saat: 15:03:00 | E-mail | Çapa göndər
Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə görə, həm təbii (ana südü), həm süni (adaptasiya olunmuş süd qarışıqları - "smes") şəkildə qidalandırılan uşağa yalnız 6 aydan sonra əlavə yeməklər (sıyıqlar, pürelər və s.) vermək olar.
Milli.Az bildirir ki, mütəxəssislər kəsmik (kefir), südlü və südsüz sıyıqlar və ya tərəvəzlərdən başlamağı tövsiyə edir.
Yeni qidanın verilməsinin bir neçə qaydası var:
- Yeni qida yalnız tam sağlam uşağa (hərarət normadadır, ishal, qəbizlik yoxdur, öskürmür və s.) verilə bilər.
- İstənilən yeni qida əsas yeməkdən (ana südü və ya "smes") əvvəl verilməlidir.
- Az miqdarlardan başlamaq və tədricən (5-7 gün ərzində) artırmaq lazımdır. 5-7 gün ərzində yalnız 1 yeni məhsul verilə bilər.
- Uşağa yeni qida verdikdə dərinin vəziyyətinə (səpgilər ola bilər) və nəcis ifrazına (ishal, qəbizlik ola bilər) fikir verin. Pozulmalar əmələ gəlibsə, uşağa bu qidanı verməyin.
Ət uşaq üçün çox vacib məhsuldur. Ət uşağa 8 aydan sonra verilə bilər. Əti əvvəl püre, daha sonra kiçik küftələr şəklində vermək olar. Mal və ya quzu ətindən başlamaq lazımdır. İlk dəfə yarım çay qaşığı verin, növbəti gün 1 çay qaşığı və s. 8-9 aylarda uşaq hər gün 30-40 qr, 11-12 aylarda - 50-70 qr ət yeyə bilər. Uşaq gündə 1 dəfə ət yeməlidir. Əti uşağa tanış olan tərəvəz və ya sıyıqla (qarabaşaq, düyü) vermək olar.
Toyuq əti allergik məhsuldur və bu səbəbdən onu daha gec vermək və uşağın orqanizminin reaksiyasına nəzarət etmək lazımdır.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
19.02.2018
Süni intellekt zəlzələ aşkarlayıb
19.02.2018
Yerkökü şəkərli diabet zamanı istifadə edilir
19.02.2018
BAFTA kino mükafatı qaliblərinin adları açıqlanıb
19.02.2018
İtaliyalı tatu rəssamı dünya rekorduna imza atıb
19.02.2018
Hakim 9 futbolçunu meydandan qovdu

Şərh əlavə olunmayıb



    ,    
Aysel İbrahimova
Rəhim Həsənov
Tural Tağıyev
Zülfiyyə Vəliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8432

1 “Birləşmiş Krallıqda bizim çox istedadlı və savadlı insanlarımız var”
2 “Şirkətimiz bu il yüzlərlə yeni və daimi iş yeri yaradacaq”
3 “Qarabağ həqiqətlərinin Belçikada tanınması üçün yerli mətbuatın gücündən istifadə edirik”
4 Xocalı soyqırımı ilə bağlı Türkiyədə bir sıra tədbirlər keçiriləcək
5 Ermənistan mətbuatı: “Əliyev türk elementini Ermənistana qaytarmağı strateji məsələ hesab edir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info