Heydər Əliyev Beynəlxalq Aeroportu 305 min sərnişinə xidmət göstərib
Tarix: 13.02.2018 | Saat: 19:54:00 | E-mail | Çapa göndər


2018-ci ilin əvvəlindən Heydər Əliyev Beynəlxalq Aeroportu 305 min sərnişinə xidmət göstərib. Bu göstərici ötən ilin analoji göstəricisindən 19 faiz çoxdur.
Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən bildirilib ki, cari ilin yanvar ayı ərzində “Azərbaycan Hava Yolları” (AZAL) milli aviadaşıyıcısının payına 129 min sərnişin, milli loukoster “Buta Airways”in payına isə 37 min sərnişin düşüb ki, bu da ötən ilin göstəricisindən 15 faiz çoxdur.
264 min sərnişin (sərnişin dövriyyəsinin 86,5 faizi) beynəlxalq reyslərlə daşınıb.
Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportu 46 istiqamət üzrə 25 aviaşirkətə xidmət göstərir. Ən məşhur beynəlxalq istiqamətlərin onluğuna - Moskva, İstanbul, Dubay, Kiyev, Tehran, Antalya, Tbilisi, Bağdad, Doha və Sankt-Peterburq daxildir. Yanvar ayında 198 min sərnişin bu istiqamətlərə uçub.
Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi (Terminal 1) 2014-cü ilin aprel ayında istifadəyə verilib. Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir.
Dünyada müxtəlif aviaşirkətlər və hava limanları tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin öyrənilməsi üzrə ixtisaslaşan Böyük Britaniyanın nüfuzlu konsaltinq şirkəti “Skytrax” tərəfindən Heydər Əliyev Beynəlxalq Aeroportu 4 ulduza layiq görülüb.
2017-ci ilin mart ayında Heydər Əliyev Beynəlxalq Aeroportu Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında göstərilən xidmət səviyyəsinə görə ən yaxşılar siyahısına başçılıq edərək “Skytrax World Airport Awards” mükafatına layiq görülüb.
Tural




 
Bölməyə aid digər xəbərlər
12.12.2018
PAŞA Bank “The Banker” tərəfindən “İlin Bankı” adına layiq görüldü
11.12.2018
Bakı NATO-Rusiya formatında görüşün keçirilməsi üçün tam münasib məkandır
11.12.2018
Prezident Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisinə 30 milyon manat ayırıb
11.12.2018
İnanılmaz kampaniyanın bitməsinə 15 gün qaldı
11.12.2018
Şəhərsalma və Tikinti Məcəlləsinin tətbiqi məsələləri, Azərbaycanda İnzibati hüquq mövzusunda seminar-təlim keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10526

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
3 Çin şirkəti Gəncədə 5 metallurgiya zavodu tikəcək
4 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
5 ВЕЛИКИЕ В ИСТОРИИ. Гейдар Алиев – человек с большим сердцем. Воспоминания бывшего мэра Москвы Юрия Лужкова


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info