Aram Manukyan: “Dağlıq Qarabağ münaqişəsi qaldıqca Ermənistan inkişaf etməyəcək”
Tarix: 13.02.2018 | Saat: 16:34:00 | E-mail | Çapa göndər


“Vestikavkaza.ru”: “İran Ermənistana yol çəkməkdən imtina etdi”
“Sanki biz regionda yox kimiyik”

İranın Ermənistandakı səfir Seyidkazım Səccadi bildirib ki, İran Ermənistana dəmiryolunu bu şərtlə çəkə bilər ki, rəsmi İrəvan özünə investor tapsın. “Vestikavkaza.ru”ya açıqlama verən Erməni Milli Konqresi Partiyasının rəhbəri Aram Manukyan deyib ki, rəsmi İrəvanın İranın bu məntiqi tələbini yerinə yetirməsi çox çətindir. İran təkcə öz puluna dövlətlərarası dəmir yolu çəkmək istəmir: “Bunun da səbəbi odur ki, artıq Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması və sərhədlərin blokadaya alınması ucbatından Ermənistan investisiya qoyulması üçün cəlbedici məkan deyil. Sanki biz regionda yox kimiyik. De-yure Ermənistan Qafqazda mövcuddur. Lakin, o Qafqazdan keçən layihələrin heç birində iştirak etmir. İqtisadi baxımdan biz dalana dirənmişik. Bu səbəbdən də heç kim Ermənistana pul yatırmaq istəmir. Əgər əvvəllər, Ermənistana heç olmasa ildə 3-4 milyard investisiya qoyulurdusa, ötən il cəmisi respublikaya 120 milyon yatırım olub ki, bu da cüzi bir rəqəmdir. Bir tərəfdən də korrupsiya vəziyyəti mürəkkəbləşdirir. Buna görə də heç bir normal adam öz pulunu Ermənistana yatırmağa risk eləmir”.
Aram Manukyan belə qənaətə gəlir ki, Dağlıq Qarabağ münaqişəsi ucbatından Ermənistan iqtisadi dalana sürüklənib. “Müharibə heç vaxt dövlətin inkişafına kömək edə bilməz. Axı inkişaf və iqtisadiyyatın artımı üçün sakit, stabil daxili və xarici situasiya lazımdır. Bizdə isə Dağlıq Qarabağ münaqişəsi baxımından belə vəziyyət yoxdur. Ermənistan üçün ən böyük problem bu münaqişəsinin nizama salınmasıdır. Ermənistan üçün yeganə inkişaf və inteqrasiya yolu müharibənin başa çatmasıdır”,-deyə Aram Manukyan bildirib.
İrəvanın keçmiş meri Vaaqn Xaçatryan da ölkəsinin acınacaqlı duruma düşdüyünü, belə mühüm layihələr üçün çətin durumda qaldığını bildirib. O deyib ki, Ermənistanın bu layihəni həyata keçirməyə pul tapması çətin məsələdir: “Hazırda Ermənistanın maliyyə vəziyyəti problematikdir. Dövlətin borcu çox böyükdür, bu borc ilbəil artır. Belə şəraitdə bu dəmir yolunu çəkmək mümkün deyil. Biz heç 2010-cu ildə, iqtisadiyyatın yaxşı vaxtlarında bu layihə üçün lazım olan 2,5 milyard dolları tapa bilmədik. İndi bu pulu tapmaqdan danışmaq ümumiyyətlə mənasızdır. Ermənistan indi Şimal-Cənub marşrutu üzrə tikilən avtomobil yolunu çəkib qurtara bilmir. “Metsamor” AES-lə bağlı proqramı həyata keçirmək üçün məcbur olub Rusiyada 250 milyon dolar borc götürdük. Göründüyü kimi hətta həyati əhəmiyyətli layihələri belə Ermənistan öz pulu ilə həyata keçirə bilmir”
“Dövlətin borcu çox böyükdür. Belə şəraitdə bu dəmir yolunu çəkmək mümkün deyil. Biz heç 2010-cu ildə, iqtisadiyyatın yaxşı vaxtlarında bu layihə üçün lazım olan 2,5 milyard dolları tapa bilmədik”
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
12.07.2018
Valeri Balayan: “ Bizi bundan da ağır günlər gözləyir”
09.07.2018
“Azərbaycanın İsveçrəyə ixracı 43 faiz artıb”
05.07.2018
Ekstremal vəziyyətlərdə dövlət və vətəndaş həmrəyliyi
28.06.2018
“The Jerusalem Post”: “Ermənistan Azərbaycanla heç cür rəqabət apara bilmir və bilməyəcək”
27.06.2018
Levon Mnatsakanyan: “Müasir hərbi-texniki imkanları olan bir rəqiblə üz-üzə qalmışıq”

Şərh əlavə olunmayıb



    ,    
Vüsalə Ağabəyli
Şahin Sərdarlı
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9643

1 Ərəstü Həbibbəyli Baş nazirin Katibliyinin rəisi təyin edilib
2 “Babamızın şeirlərinə sahib çıxanlar var”
3 “Təxribatçıların çağırışlarına inanmayın”
4 “Cavan”-dan hər kəs üçün qeyr-adi festival
5 Elektrik enerjisi və qaz təchizatı sahəsində nəzarət qaydası təsdiqləndi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info