“Bloger-Vbloger; Azərbaycan tarixi və mədəniyyəti ilə bağlı bilib-bilmədikləriniz” layihəsi keçirilir
Tarix: 13.02.2018 | Saat: 16:56:00 | E-mail | Çapa göndər
Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) AR Prezidenti yanında Gənclər Fondunun 10-cu qrant müsabiqəsi çərçivəsində “Bloger-V-blogger;Azərbaycan tarixi və mədəniyyəti ilə bağlı bilib-bilmədikləriniz” adlı layihənin növbəti təlimini həyata keçirib.
Layihə çərçivəsində həyata keçirilən təlimin növbəti günündə tədbiri giriş nitqi ilə açan AGAT-ın sədri Lalə Mehdiyeva iştirakçıları salamlayaraq qeyd etdi ki, layihənin əsas məqsədi sosial şəbəkələrdə maddi - mənəvi dəyərlərimizi, tariximizi, ədəbiyyatımızı təşviq edən bloger və v-blogerlərin hazırlanmasına nail olmaqdır.
Təlimin növbəti qonağı AR Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin sektor müdiri, yeni media üzrə ekspert Ellada Mustafayeva olub. E. Mustafayeva iştirakçılara sosial mediadan istifadə- statistika və təhlil adlı təqdimat edib. O vurğulayıb ki, həm blogerlik həm də v-blogerlik hazırda dünyada trendə çevrilən sahələrdən biri hesab olunur. E. Mustafayeva söyləyib ki, internetdə qeydiyatdan keçən hətta ən məhşur şəbəkələrdə belə qeydiyatdan keçən hər kəs artıq mikro bloger sayıla bilər. Onun sözlərinə görə. orta statistik göstəricilərə əsasən Azərbaycanda internetdən istifadə edənlərin sayı 46.5%-ni qadınlar, 53.5%-ni kişilər təşkil edir. Daha sonra E. Mustafayeva elektorn təhlükəsizlik barədə iştirakçıları məlumatlandırıb və sosial mediada daha çox izləyici kütləsini artırmaq üçün həştəqlərin vacibliyindən bəhs edib. E. Mustafyeva Azərbaycan Respublikasının Telekomunikasiya haqqında qanunun vacib olan 33.1.3-1 və 34.1.2-1 bəndlərini də iştirakçıların nəzərinə çatdırıb. Sonda isə iştirakçılara bloger və v-blogerlik sahəsində uğurlu və təhlükəsiz fəaliyyət arzu edib.
“Bloger-Vbloger; Azərbaycan tarixi və mədəniyyəti ilə bağlı bilib-bilmədikləriniz” adlı layihə çərçivəsində keçirilən növbəti təlim sual-cavablarla interaktiv şəkildə davam edib.

Fuad




 
Bölməyə aid digər xəbərlər
19.02.2018
Azərbaycanlı rəssamın yaradıcılığı London Moda Həftəsində
19.02.2018
Dünyanın tanınmış PR mütəxəssisləri Bakıda təqdimat ediblər
19.02.2018
“Xocalı 613” adlı klassik musiqi gecəsi keçiriləcək
17.02.2018
“Balaca şahzadə” tamaşası Heydər Əliyev Sarayının səhnəsində
17.02.2018
Tanınmış rəssam Alfons Muxanın sərgisi açılıb

Şərh əlavə olunmayıb



    ,    
Aysel İbrahimova
Rəhim Həsənov
Tural Tağıyev
Zülfiyyə Vəliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8432

1 “Birləşmiş Krallıqda bizim çox istedadlı və savadlı insanlarımız var”
2 “Şirkətimiz bu il yüzlərlə yeni və daimi iş yeri yaradacaq”
3 “Qarabağ həqiqətlərinin Belçikada tanınması üçün yerli mətbuatın gücündən istifadə edirik”
4 Xocalı soyqırımı ilə bağlı Türkiyədə bir sıra tədbirlər keçiriləcək
5 Ermənistan mətbuatı: “Əliyev türk elementini Ermənistana qaytarmağı strateji məsələ hesab edir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info