«ArmenianReport»: ”Bugünkü hakimiyyət Ermənistanı təcrid vəziyyətinə salıb”
Tarix: 13.02.2018 | Saat: 17:15:00 | E-mail | Çapa göndər
"Rəşt-Astara" dəmir yolu xətti istifadəyə verildikdən sonra Bakı ilə Naxçıvan arasında gediş-gəliş üçün heç bir problem qalmayacaq”

Zəlil Ermənistan? Ermənistanın « ArmenianReport» saytında yer alan bu fikirləri, təbii ki, sonrakı peşimançılıq kimi dəyərləndirmək gülünc olardı, Söz yox ki, son vaxtlar düşmən ölkənin təcavüzkar siyasətinin yekunu kimi, regional və beynəlxalq miqyasda təcridi ölkə daxilində mövcud olan böhranın daha da dərinləşməsinə gətirib çıxarıb.
Bu saytda yer alan yazıda da etiraf edilir: «Ermənistan nə əldə edib? . Böyük risklərdən başqa heç nə? Elə bütün bunlara görə, bu gün Ermənistanı idarə edən cahil insanlar günahlandırılmalıdır.. Yəqin ki, artıq eşitmisiniz, fevralın 8-də Rusiyadan altı vaqondan ibarət yola salınan ilk test qatarı İrana çatıb. Bildirək ki, bu dəmir yolu , eyni zamanda, Azərbaycala İranın dəmir yollarını da birlşdirir. Verilən məlumata görə, dəmir yolunun tam istifadəsi bu ilin martında baş tutacaq. Belə ki, Astara (İran) - Astara (Azərbaycan) dəmir yolu bu ilin mart ayında rəsmi olaraq İran və Azərbaycan rəsmilərinin qatıldığı mərasimlə açılacaq.
Nəhayət ki, Qərb ölkələrinin də böyük maraq göstərdiyi Astara-Astara dəmir yol xətti ilə Fars körfəzi və Hindistana Avropa mallarının daşınması təmin ediləcək. Ən əsası isə Ermənistan istisna olmaqla, regionda Azərbaycan, İran və Rusiyanın iştirakı ilə yeni perspektiv əməkdaşlıq platforması yaranır».
Saytın yazdığına görə bu, Ermənistan üçün böyük faciədir:” Təkcə ona görə yox ki, Ermənistan Azərbaycanın əldə edəcəyi iqtisadi mənfəətə həsəd aparacaq, bir də ona görə ki, bu, ölkəmizin siyasi təcridi, onun blokadası ilə bağlıdır. Üstəlik, bu blokada əvvəllər olduğu kimi, təkcə Türkiyə tərəfindən deyil, özümüzə strateji müttəfiqlər kimi təqdim etdiyimiz İran və Rusiya tərəfindən də həyata keçiriləcək. Uzun illər idi ki, İranın Ermənistanla əməkdaşlığa Azərbacycanla əməkdaşlıqdan artıq önəm verdiyini bizə inandırırdılar. Onlar, İran üçün Avropaya çıxışın məhz Ermənistan üzərindən həyata keçiriləcəyinə xalqı inandırmağa çalışırdılar. Guya bunun İrana həm də siyasi cəhətdən faydalı olduğunu isbatlamağa çalışırdılar. Lakin nələr oldu? İran başqa yolla getdi və təbii ki, bu, gözlənilən idi. Çünki o, təklifdən imtina edə bilmədi.

“Bu dəfə Ermənistanın təcrid olunması, İran və Rusiyanın əlləri ilə həyata keçirilə bilər. Bu isə Qarabağ münaqişəsinin həllinə son dərəcə mənfi təsir göstərəcək. Çünki dünya təcrübəsində belədir ki, təcrid edilmişlər həmişə böyük iqtisadi və siyasi risklərə məruz qalırlar. Bundan başqa, biz artıq sonuncu müttəfiqimizi itiririk”

Məsələ budur ki, bunlar hələ hamısı deyil. Qeyd edək ki, bu ilin birinci yarısında "Şimal-Cənub" layihəsi çərçivəsində "Rəşt-Astara" dəmir yolunun tikintisinə başlanılacaq. Belə ki, artıq Azərbaycan tərəfi İrana 500 milyon dollar məbləğində kredit verib və kredit sazişi hər iki ölkə tərəfindən imzalanıb. Dəmir yolunun 164 kilometrlik hissənin 2020-ci ilə qədər istifadəyə veriləcəyi gözlənilir. Bu xətt istifadəyə verildikdən sonra Bakı ilə Naxçıvan arasında gediş-gəliş üçün heç bir problem qalmayacaq.
Bu nə deməkdir? Bu, ən azından İranın Ermənistana qarşı başqa bir layihəsinin həyata keçirilməsində iştirak etməsi deməkdir».
Maraqlıdır ki, ermgni həyasızlığı burada da özünü göstərir. Onlar İranın bu addımının iqtisadi deyil, artıq siyasi xarakter daşıdığını bildirirlər. Erməni yazar, Muxtar Respublikanı «Azərbaycanın zəif nöqtəsi» kimi qeyd edərək Azərbacan vətəndaşlarının bura gediş- gəlişindən xoflanır: «Belə olan halda bizə artıq nə qalır? Artıq heç bir şey! Bu dəfə Ermənistanın təcrid olunması, İran və Rusiyanın əlləri ilə həyata keçirilə bilər. Bu isə Qarabağ münaqişəsinin həllinə son dərəcə mənfi təsir göstərəcək. Çünki dünya təcrübəsində belədir ki, təcrid edilmişlər həmişə böyük iqtisadi və siyasi risklərə məruz qalırlar. Bundan başqa, biz artıq sonuncu müttəfiqimizi itiririk».
Gürcüstanın heç vaxt Ermənistan üçün etibarlı bir qonşu olmadığını bildirən syat bunun səbəbini Tiflisin Bakı və Ankaradan «ədalətsiz» iqtisadi asılılığında görür. Sayt özü isə erməniləri əlləri, ayaqları ilə İran və Rusiyadan möhkəm yapışmağa çağırır. Əks halda bundan da betəri ilə qarşılaşacaqlarını gizlətmir: «Axı, Ermənistanın İran və Rusiyadan həm iqtisadi, həm də siyasi cəhətdən təcrid olunması artmaqdadır, bundan isə daha çox rəsmi Bakı yararlanır. Bu gün Bakı İsraillə çox güclü əlaqələrə malikdir, bu isə onun ABŞ-da yolunu açmaqdadır. Amma biz nəyə nail olmuşuq? Böyük risklərdən başqa heç nəyə. Elə bütün bunlara görə, bu gün Ermənistanı idarə edən cahil insanlar günahlandırılmalıdır..Məhz onların saysində ölkə bu gün zəlil gündədir.. Onlar bu günçün yaşayıb, Ermənistanın sabahını düşünmürlər. Məhz onlar artıq İran və Rusiya vasitəsilə Ermənistanı təcrid etməyə icazə verdilər. Məhz onlar Ermənistandakı bugünkü yaşantılara görə məsuliyyət daşıyırlar. Nəhayət, onlar sakitcə hakimiyyətdən getməlidirlər. Bunu etmək üçün onların hələ ki, imkanlar var».
Ağasəf Babayev





 
Bölməyə aid digər xəbərlər
23.04.2018
Xocalı soyqırımının əsas səbəbkarı hakimiyyətdən qovuldu!
23.04.2018
«Epress»: “Ermənistanın olub-qalan tarixi sənət nümunələrini də xarici turistlər alıb aparırlar”
23.04.2018
Ermənistanda hərbçilər nümayişçilərə qoşulublar
22.04.2018
Maksim Şevçenko: “Ermənistanda yaşananlar Qərbin dirijorluğu ilə baş verir“
22.04.2018
Armen Sarkisyan ölkədəki vəziyyəti təhlükəli adlandırıb

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9080

1 Qazaxıstandakı azərbaycanlı general-mayor təltif olunub
2 “Gənclərimiz dövlətin etimadını hər addımda doğruldurlar”
3 İlham Əliyevin andiçmə mərasimi olub
4 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
5 Kəskin bağırsaq infeksiyaları ilə necə mübarizə aparmaq olar?


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info