Şər və böhtana son qoyuldu
Tarix: 13.02.2018 | Saat: 20:56:00 | E-mail | Çapa göndər
Son zamanlar Qərb dairələri Azərbaycana qarşı qara PR kampaniyası aparırlar. Əlbəttə ki, bu kampaniyada məqsəd Azərbaycanın siyasi imicini gözdən salmaqdır.
Onlar, hətta Azərbaycanı avropalı deputatları ələ almaqda belə, ittiham edirlər. Bununla bağlı bir əldən hazırlanmış sifarişli yazılar Qərb mediasında da məqsədli şəkildə tirajlanır. Təəssüfləndirici haldır ki, belə qarayaxma kampaniyalarına Azərbaycan müxalifəti də dəstək verir. Onlar bu yalanları “doğru” kimi öz KİV-lərində sevinclə yayırlar. Azərbaycan dövləti tərəfindən bu kampaniyada deyilənlərin yalan olduğu ilə bağlı hər zaman cavab verilir. Rəsmi Bakı bu ittihamları faktlarla sübut edən bəyanatlar versə də, əks tərəf öz qara əməlindən əl çəkmir. Lakin onların bu yalanlarının ömrü çox da uzun olmur. Qərb dairələrinin Azərbaycana qarşı apardığı şər və böhtan kampaniyası növbəti dəfə iflasa uğradı. Belə ki, ötən gün Milan Məhkəməsində Avropanın 2 ildən çox müddətdir ki, yaratdığı şər və böhtan kampaniyasının qurbanına çevrilmiş Avropanın tanınmış siyasətçilərindən biri olan LukaVolontenin çirkli pulların yuyulması ilə bağlı məhkəmə prosesi başa çatdı. Luka Volonte uzunsürən təhqir və mənəvi əzablardan Milan Məhkəməsinin qərarı ilə bəraət aldı. Bu haqda millət vəkili Elxan Süleymanov “Palitra”ya məlumat verib.
“Ölkəmə, mənə və Luka Volonteyə qarşı Avropanın şər və böhtan kampaniyasının bütün təşkilatçılarına, ermənilərə, Azərbaycandakı “ermənilərə” və ermənipərəstlərə dəstək verən hər kəsə dərin hüznlə başsağlığı verirəm”, deyə o bildirib.
Azərbaycan hər zaman dövlətlərarası əməkdaşlıq və dostluq prinsipi əsasında xarici siyasətini yürüdür. Dövlətimiz istənilən beynəlxalq təşkilatla da əməkdaşlığa açıqdır. Bütün bunlar isə ölkəmiz haqqında beynəlxalq arenada müsbət imic formalaşdırıb. Qarayaxma kampaniyasını aparanlar isə Azərbaycanın bu siyasətini qısqanclıqla qarşılayanlardır. Artıq xaricdəki və daxildəki bu qüvvələrə deyiləcək söz qalmayıb. Onlar artıq öz yalanlarının içində boğulmaq həddinə çatıblar.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
17.02.2018
“İndiyədək 13 nəfər prezidentliyə namizədliyini irəli sürüb“
17.02.2018
Qaradağlı faciəsindən 26 il ötür
16.02.2018
XİN Zaxarovanın fikirlərinə münasibət bildirib
16.02.2018
“Bir çox Avropa İttifaqı və Balkan ölkələri Cənub Qaz Dəhlizi timsalında Azərbaycanla əməkdaşlıqda maraqlıdır” 
16.02.2018
Səfir: “Ümid edirəm ki, İtaliyadan Azərbaycana gələnlərin sayı artacaq”

Şərh əlavə olunmayıb



    ,    
Aysel İbrahimova
Rəhim Həsənov
Tural Tağıyev
Zülfiyyə Vəliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8422

1 “Birləşmiş Krallıqda bizim çox istedadlı və savadlı insanlarımız var”
2 “Şirkətimiz bu il yüzlərlə yeni və daimi iş yeri yaradacaq”
3 Xocalı soyqırımı ilə bağlı Türkiyədə bir sıra tədbirlər keçiriləcək
4 Ermənistan mətbuatı: “Əliyev türk elementini Ermənistana qaytarmağı strateji məsələ hesab edir”
5 «ArmenianReport»: ”Yaxın vaxtlarda Ermənistanın dövlət borcu 7 milyard dolları ötəcək”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info