ABŞ-Türkiyə münasibətlərində yeni gərginlik
Tarix: 13.02.2018 | Saat: 21:09:00 | E-mail | Çapa göndər


Ərdoğan:
“Əgər NATO-da bir yerdəyiksə, Türkiyə kimi, ABŞ-ın da NATO-nun tələblərinə riayət etməsi lazımdır”

"Suriyanın şimalında baş verənlərdən narahatıq, amma Türkiyənin qayğılarını və atdığı addımları da anlayışla qarşılayırıq". Bu sözləri ABŞ Dövlət Departamentinin rəhbəri Küveytdə “İŞİD”-lə mübarizə yollarının müzakirə edildiyi toplantıda bildirib. Reks Tillerson əlavə edib ki, ölkəsi Suriyada “İŞİD”-dən təmizlənən bölgələrə əlavə olaraq daha 200 milyon dollar ayıracaq. Bundan bir gün öncə isə Pentaqondan ABŞ-ın 2019-cu il büdcəsindən Suriyanın şimalındakı PYD/YPG tərkibində döyüşən silahlı kürdlərə təlim keçilməsi üçün 300 milyon dollar ayrılacağı bəyan edilib.


Hakan Çavuşoğlu:

“Bu addım Ankara ilə Vaşinqton arasında münasibətlərin tamamilə kəsilməsinə gətirib çıxara bilər”

Reks Tillerson ABŞ-ın liderliyindəki beynəlxalq koalisiya qüvvələrinin Suriyada “İŞİD”-in məhv edilməsi istiqamətində əvəzsiz rol oynadığını deyib. ABŞ-ın dövlət katibi deyib ki, “İŞİD”-ə qarşı əsas hərbi əməliyyatların başa çatması hələ onlar üzərində son qələbə demək deyil. Tillerson bildirib ki, koalisiya qüvvələri Suriya və İraqda terrorçuların ələ keçirdikləri ərazilərin 98 faizində onları məğlub edib. Buna baxmayaraq, dövlət katibi son qələbənin hələ əldə olunmadığına inandığını deyib. Xatırladaq ki, Reks Tillersonun Ankaraya da səfəri gündəmdədir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın PKK terror təşkilatının Suriya qolu PYD/YPG-yə 2019-cu il üçün 500 milyon dollar büdcə ayırmasına sərt reaksiya verib. Türkiyə prezidenti deyib ki, bu pullar Amerika xalqının cibindən çıxan pullardır və Amerika xalqı bunu bilməlidir. Ərdoğan deib ki, Türkiyənin strateji ortağı, müttəfiqi olan ABŞ silah dəstəyi yetmirmiş kimi PYD/YPG-yə indi də maddi yardım etmək barədə qərar verirsə, bu, Türkiyənin də aldığı və alacağı qərarlara təsir göstərəcək: “Biz hansı addım lazımdırsa, həmin addımı atacağıq. Bir ölüb, min dəfə dirilən bir millətik. Əgər NATO-da bir yerdəyiksə, Türkiyə kimi, ABŞ-ın da NATO-nun tələblərinə riayət etməsi lazımdır. Digər tərəfdən NATO ABŞ demək deyil. NATO-nun bütün üzvləri bərabərhüquqludur. Sən PYD/YPG-yə terror təşkilatı deməsən də, bu terror təşkilatı sənin müttəfiqinə hücum edirsə, NATO üzvü olaraq ABŞ-ın buna qarşı olması lazımdır.

“İndiyə qədər “İŞİD” terror təşkilatı ilə necə mübarizə apardınız? Neçə “İŞİD” terrorçusunu məhv etdiniz, yaxud başqa yerə apardınız? Biz bölgədə kimin kiminlə əməkdaşlıq etdiyini yaxşı bilirik. Artıq kiminsə “İŞİD”-dən bir vasitə kimi istifadə etmək haqqı yoxdur, çünki “İŞİD”-lə birlikdə hərəkət edirlər”


ABŞ-ın Suriya ilə sərhədi yoxdur, Suriya ilə nə əlaqən var? ABŞ imkanları olduğu üçün bura rahat-rahat gəlir. İlkin məlumata görə, ABŞ PYD/YPG-yə gələn il 500 milyon dollar yardım ayıracaq. Bu yardımın 3 milyard dollara qədər artacağı da danışılır. İndiyə qədər “İŞİD” terror təşkilatı ilə necə mübarizə apardınız? Neçə “İŞİD” terrorçusunu məhv etdiniz, yaxud başqa yerə apardınız? Biz bölgədə kimin kiminlə əməkdaşlıq etdiyini yaxşı bilirik. Artıq kiminsə “İŞİD”-dən bir vasitə kimi istifadə etmək haqqı yoxdur, çünki “İŞİD”-lə birlikdə hərəkət edirlər”. Türkiyə prezidenti Suriyanın Menbic rayonunda PYD/YPG mənsubları ilə foto çəkdirən ABŞ generallarının bəyanatına da toxunub: “Bizim onları vuracağımız halda, sərt cavab verəcəklərini deyənlərin ömürlərində heç “Osmanlı şilləsi” yemədikləri çox aydındır. Türkiyəni istədikləri kimi girib-çıxdıqları yerlərlə qarışdırırlarsa, çox yaxın vaxtlarda bunun belə olmadığını görəcəklər”. Ərdoğan qeyd edib ki, bəzi şeyləri açıq danışmağın zamanı çatıb: “Bəziləri Türkiyəni də bölüşdürmək həvəsinə düşüblər. Bizim kimsəyə verəcəyimiz bir qarış torpağımız yoxdur. Biz türk milləti olaraq bu torpaqları qanımızla yoğuraraq vətən halına gətirmişik. Kimsənin bizi dünyanın dörd bir yanına səpələməsinə imkan verməyəcəyik. Buna görə də istiqlal savaşından sonra ən böyük savaşı aparırıq”. Türkiyə baş nazirinin müavini Hakan Çavuşoğlu isə deyib ki, Suriyada fəaliyyət göstərən PYD terrorçularına ABŞ tərəfindən 500 milyon dollar həcmində maliyyə yardımının edilməsi Ankara ilə Vaşinqton arasında münasibətlərin tamamilə kəsilməsinə gətirib çıxara bilər. Nazir müavini vurğulayıb ki, ABŞ terrorçularla yox, Türkiyə ilə bütün məsələlərdə əməkdaşlıq etməlidir: “Təəssüf ki, ABŞ Suriyadakı terrorçularla bağlı mövqeyini dəyişməyib və Vaşinqton hələ də PYD terrorçularına hərbi yardım göstərir”.
Anar




 
Bölməyə aid digər xəbərlər
14.08.2018
Yerevanda aksiya, Koçaryana “Qatil“ şüarı səsləndirilib
14.08.2018
ABŞ Londonu da hədələdi
14.08.2018
Gürcüstanda keçiriləcək prezident seçkilərinə 42 milyon lari xərclənəcək
12.08.2018
ABŞ-ın Türkiyəyə inanılmaz 8 şərti
12.08.2018
Keçmiş komediya aktyoru Sloveniyada baş nazir postunu tuta bilər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9860

1 DSX rəisi at çapan qızla görüşüb
2 Karen Veranyan: “İrana qarşı yeni sanksiyalar Ermənistan iqtisadiyyatına ağır zərbə vuracaq”
3 “Hər yaşa uyğun uşaq intellektual oyunları və videolar hazırlamışıq”
4 “Azərbaycan qadınları cəmiyyətdəki aktual problemlərin həllindən kənarda qalmırlar”
5 ABŞ saytında azərbaycanlı rəssamın müsahibəsi dərc olunub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info