Gülçülük məşğulluq və ixrac potensialı yüksək olan sektordur
Tarix: 13.02.2018 | Saat: 21:11:00 | E-mail | Çapa göndər
Bölgələrdə yeni gül plantasiyaları salınır, Zaqatalada isə yeni gül emalı zavodu tikiləcək

S evgililər günündə insanların ən çox aldıqları hədiyyələrdən biri güldür. Bu gün dünyada bəzən “gül satanların bayramı” da adlandırılır.
Dünyada bəzək bitkiləri sektoru 38 milyard dollarlıq ticarət həcminə malikdir. Bu sektorda 20 milyard dollar ixrac, 18 milyard dollar idxal edilir. Bu gün Hollandiyanın çiçək satışından illik ixracı 4,5 milyard dollardan çoxdur. Afrika ölkələrinin ixrac siyahısında öndə yer almasının səbəblərindən biri başda Hollandiya olmaq üzrə Avropa ölkələrinin Afrika torpaqlarından istehsal və nəqliyyat baxımından baza kimi istifadə etməsi ilə bağlıdır. Yəni bəzək bitkiləri bazarının əsas hakimi Avropa ölkələridir. Hollandiya, İtaliya kimi bu sahədə əhəmiyyətli pay əldə edən ölkələrə baxıldıqda bu nəticə çıxır ki, bu işdən pul qazanmaq üçün istehsalçının planlı, məhsuldar və keyfiyyətli bir istehsal modeli yaratması lazımdır. Bunun yolu da aktiv şəkildə təşkilatlanmadan keçir.
Ümumiyyətlə, dünyada bir çox ölkə çiçəkdən qazanc əldə edir. Məsələn, Afrika ölkələri aclıqdan, Cənubi Amerikada Kolumbiya narkotika ticarətindən məhz çiçək yetişdirib satmaqla xilas olmağa çalışır. Kolumbiyanın illik çiçək satışından əldə etdiyi gəlir 500 milyon dolları keçir. İsrail isə bu sahədən 200 milyon dollar gəlir əldə edir. Latın Amerikası ölkələrinin çiçək istehsalı çox sürətlə inkişaf edir ki, burada iqlim şəraitinin əlverişli olması, xarici sərmayə və texnologiya bölgənin həm ABŞ-a, həm də AB-yə ixrac potensialını artırır. Bölgədə bu sahədə ən ixracatçı ölkə Kolumbiya və Ekvadordur. Afrika çiçək istehsalında bütün professional istehsalçı ölkələrə rəqibdir. Hazırda Keniya, Afrikadakı ən önəmli çiçək istehsalçısıdır. Keniyadan sonrakı yerlərdə Zimbabve, Mərakeş, Cənubi Afrika Respublikası yer alır. Eləcə də Zambiya, Tanzaniya və Uqanda bu istiqamətdə fəaliyyətini genişləndirir.
Asiya bölgəsində ən önəmli istehsalçı ölkələr isə Yaponiya, İsrail, Hindistan, Malayziya, Koreya və Çindir. Dünyada 50 ölkədə çiçək istehsal olunur. Onu da qeyd edək ki, Avropa ölkələrinin çiçək ticarətində supermarketlərin rolu getdikcə artmaqdadır. Onu da qeyd edək ki, bir sıra dünya ölkələrində sənayeyönümlü gülçülük də inkişaf etdirilir. Dünya bazarlarında gül yağına da tələbat hər il artmaqdadır. Dünya bazarlarında gül yağının bir kq. qiyməti 5 min-6 min 500 avro arasındadır.
Bəzək bitkiləri sektorunun bir çox ölkədə, o cümlədən qonşu Türkiyədə daha da inkişaf etdiyini deyən Türkiyə Ziraat Odaları Birliyinin rəhbəri ŞemsiBayraktar bildirib ki, ötən il bəzək bitkiləri istehsalı 7 faiz artımla 1,6 milyard ədəd olub. Satış çiçəkləri istehsalının 90,7 faizi plastik istixanalarda yetişdirilib. O da vurğulanıb ki, bəzək bitkisi istehsalında qabaqcıl texnologiya, torpaqsız əkin kimi müasir istehsal texnikasının tətbiqi təşviq edilməlidir. Eləcə də məhsuldarlıq, istehsalda keyfiyyət, anbarlarda saxlama üsullarının inkişafı və güldanlarda ömrünün uzadılması ilə bağlı araşdırmalar aparılmalıdır. İstehsalla bağlı xüsusilə hüceyrə laboratoriyası yaradılmalıdır. Bəzək bitkiləri sektoru sürətlə inkişaf edən, məşğulluq və ixrac potensialı yüksək olan və böyük perspektiv vəd edən sektordur. Türkiyənin ən önəmli gül istehsal sahəsi olan Antalyada 14 fevral Sevgililər günü ilə bağlı hazırlıqlar həyata keçirilib. Hava şəraiti ilə bağlı burada gül sektorunda qərənfil daha çox artıb. Həmin qərənfillər Avropada başda İngiltərə, Hollandiya və Almaniya olmaqla 25 ölkəyə ixrac ediləcək. Bildirilib ki, məqsəd bu il ixracdan 100 milyon dollar gəlir əldə etməkdir. Keçən il Sevgililər günündə 30 milyon qərənfil ixrac edilib ki, bu il həmin rəqəm 35 milyon hədəflənib ki, buradan da 10 milyon dollar gəlir gözlənilir. Keçən il gülə olan ehtiyacın əsas hissəsi idxalla ödənilib. Güllərin qiymətinin ötən illə eyni olduğu bildirilir, keyfiyyətinə görə isə 7,5 lirə ilə 15 lirə arasında dəyişir.
Ölkəmiz müxtəlif güllərin yetişdirilməsi ilə bağlı əlverişli iqlim şəraitinə malikdir.
Bir vaxtlar ölkəmizdə də gül istehsalında olan inkişaf ixrac üçün də geniş imkanlar açıb.Ölkə başçısı ölkəmizdə gülçülüyün inkişafının vacib olduğunu deyib. Bildirilib ki, ölkədə müasir texniologiyalar əsasında fəaliyyət göstərən istixanalar yaradılmalı, burada gülçülük inkişaf etdirilməlidir. Ölkəmizdə bu sahənin inkişafı üçün imkanlar var və bir çox çiçək növlərini yetişdirmək mümkündür. Hətta elə güllər var ki, o yalnız Azərbaycanda bitir. Bir vaxtlar ölkədə 10 min hektarlarla torpaq sahəsi olan gül sovxozu fəaliyyət göstərib. Dünyanın ən gözəl, eləcə də Azərbaycanda geniş yayılmış gül növlərini orada becəriblər. O dövrdə ölkənin daxili bazarında gülün qiyməti çox ucuz olub. Hətta bayram ərəfələrində həmin sovxoz ölkənin bütün istehlak bazarınıtəmin edib. Eyni zamandabizim iş adamları Moskva, Leninqrad (Sank-Peterburq)tvə ümumiyyətlə, Rusiya, Belarus, Ukraynanın ayrı-ayrı şəhərlərində həmin güllərin satışı ilə məşğul olublar.Bu gün ölkədə bir sıra sahələrin bərpası istiqamətində tədbirlər həyata keçirilir. O cümlədən gülçülüyün inkişafı istiqamətində tədbirlər reallaşdırılır. Artıq bir müddətdir ki, Şəmkirdə gül plantasiyası salınıb. Ölkənin qızılgülə olan tələbatının 40-45 faizi bu bölgənin hesabına təmin edilir. Gülçülüyün inkişafı istiqamətində digər bir layihə Zaqatala rayonunda həyata keçirilməkdədir. Belə ki, Zaqatalada yeni gül emalı zavodu tikiləcək. Hazırda zavodun inşası üçün Türkiyədə layihələndirmə işləri aparılır. Rayonda yeni gül plantasiyaları da salınır. Bu məqsədlə rayonun Aşağı Tala kəndinin ərazisində 100 hektar torpaq sahəsi ayrılıb. Artıq 77 hektar sahədə yeni gül plantasiyası salınıb.Bu gün dünyanın bir sıra ölkələrinin milyon dollarlar əldə etdiyi bu sektorun ölkəmizdə də inkişafı vacibdir. Bu gün ölkəmizə çiçək idxalı, əsasən, Hollandiya, Türkiyədən həyata keçirilir. Əgər bölgələrdə, o cümlədən Bakı kəndlərində gülçülüyün inkişafını daha da artırsaq, idxala o qədər də ehtiyac qalmaz. Bundan isə həm ölkəmiz, həm də sahibkarlar gəlir əldə edər.
Nigar Abdullayeva











 
Bölməyə aid digər xəbərlər
26.05.2018
Neftin qiyməti son iki gündə 5 faizədək ucuzlaşıb
26.05.2018
Azərbaycanda qeyri-neft məhsullarının ixracı 4,1 dəfə artıb
25.05.2018
İndiyədək 35 mindən çox sahibkara 2,2 milyard manatadək güzəştli kredit verilib
25.05.2018
“Mastercard” Azərbaycan üzrə yeni menecer təyin edib
25.05.2018
Kənd Təsərrüfatı Nazirliyinin struktur və bölmələri fəaliyyət prinsipini dəyişəcək

Şərh əlavə olunmayıb



    ,    
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9310

1 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
2 Almaniyadakı soydaşlarımızdan AXC-nin 100 illiyilə bağlı təbrik mesajı
3 “Bəzən valideynlər övladlarının saatlarla cizgi filminə baxması ilə fərəhlənirlər”
4 Səadət Qarayeva: “PBİF Azərbaycanın biznes potensialı üçün mühüm meydançalardan biridir”
5 Monteneqrodakı soydaşlarımızdan AXC-nin 100 illiyi ilə bağlı təbrik mesajı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info