Səhiyyə maarifi xarakteri daşıyan metodik vəsait
Tarix: 14.02.2018 | Saat: 12:14:00 | E-mail | Çapa göndər


Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının baş həkimi Rəhim Rəhimovun və baş həkimin müavini İlkay Əliyevanın “Məktəblərdə və bağçalarda tibbi xidmətin təşkili” adlı kitabı “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində yüksək keyfiyyətlə çap olunub.
AZƏRTAC xəbər verir ki, muxtar respublikadakı bağçalarda və məktəblərdə çalışan tibb işçilərinin stolüstü kitabı olacaq metodik vəsait səhiyyə maarifi xarakteri daşıyır.
Yeni nəşrdə məktəblərdə fəaliyyət göstərən tibb işçilərinin vəzifələrindən bəhs olunarkən bildirilir ki, tibb məntəqəsinin həkim və tibb bacısı məktəbdə təhsil alan şagirdlərin sağlamlıqlarına nəzarət etməklə yanaşı, şagirdlərin tibbi maariflənməsinə, məktəbdə sanitar-gigiyenik tədbirlərin aparılmasına, epidemioloji rejimin qorunmasına ciddi diqqət yetirməlidirlər. Onlar cari və profilaktik tədbirlərin həyata keçirilməsinə, məktəbdə satılan və hazırlanan ərzaqların təhlükəsizliyinə nəzarət etməli, hər gün şagirdlərin sağlamlıq vəziyyəti ilə maraqlanmalıdırlar.
Kitab Naxçıvan Dövlət Universitetinin tibb fakültəsinin və Naxçıvan Tibb Kollecinin tələbələri üçün də nəzərdə tutulub.




 
Bölməyə aid digər xəbərlər
16.10.2018
Ölümdən başqa hər şeyə çarə olan bıtki
15.10.2018
Axşam yeməyi yuxudan 3-4 saat əvvəl qəbul edilməlidir
13.10.2018
Şəkərli diabet xəstəliyinin ağırlaşmalarına həsr olunan konfrans keçirilib
12.10.2018
Uşaqlara bol süd verin
10.10.2018
Soyuqdəymədən qorunmaq üçün 6 effektli üsul

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10285

1 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
2 Azərbaycanlı gənclər İtaliyada şirkət açıblar
3 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
4 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
5 Türkiyə mediası: “Star”Avropanın ən müasir müəssisəsi olacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info