Almaniya şirkətlərinin Azərbaycana cəlb olunması müzakirə olunub
Tarix: 14.02.2018 | Saat: 12:14:00 | E-mail | Çapa göndər
Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Volfqanq Büxelenin başçılıq etdiyi nümayəndə heyəti Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (NRYTN) olub.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, nümayəndə heyətinin tərkibinə Alman-Azərbaycan Forumunun prezidenti Hanns-Eberhard Şleyer, Almaniya-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Tobias Baumann daxildir. Görüşdə, həmçinin Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri də iştirak edib.
Almaniyanın informasiya-kommunikasiya texnologiyaları şirkətlərinin Azərbaycana investisiya yatırmasına cəlb olunması, “Azərbaycan-Almaniya informasiya-kommunikasiya texnologiyaları Forumu”nun təşkili, beynəlxalq avtomobil daşımaları və İKT sahəsi üzrə əməkdaşlığın genişləndirilməsi kimi bir çox məsələlər görüşün müzakirə mövzusu olub.
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə bildirib ki, Almaniya ilə Azərbaycan arasında əlaqələr yüksələn xətt üzrə inkişaf edir. Dövlət başçılarının səfərləri əməkdaşlığın genişləndirilməsində əhəmiyyətli rol oynayır. Bildirilib ki, Almaniya ilə tranzit trafik ötürülməsi, radio və televiziya yayımı, nanotexnologiyalar, beynəlxalq sərnişin və yükdaşımaları, eləcə də, informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq edilir.
Nazir qeyd edib ki, Azərbaycan Respublikası Hökuməti ilə Almaniya Federativ Respublikası Hökuməti arasında müvafiq sənədlər imzalanmalı, həmçinin İKT şirkətlərinin təmsil olunduğu biznes forum keçirilməlidir. “Bakutel-2018” sərgisində Almaniyanın milli pavilyonla təmsil olunmasının zəruriliyini qeyd edən nazir işgüzar biznes-forumun təşkilinin də faydalı olacağını vurğulayıb.
Görüşdə Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Volfqanq Büxele bildirib ki, rəhbəri olduğu qurum 1952-ci ildə təsis edilib və Rusiya, Mərkəzi-Şərqi Avropa, Cənub-Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya regionları ilə əməkdaşlıqda maraqlı olan şirkətləri özündə birləşdirir. O qeyd edib ki, komitənin əsas məqsədi, üzv şirkətlərin ticarət, sənaye, investisiya və xidmət sektorundakı fəaliyyətlərini təşviq etməkdən ibarətdir. Bir sıra, biznes-forumların, təqdimatların keçirilməsində, habelə komitə tərəfindən dərc olunan jurnalda Azərbaycan iqtisadiyyatı barədə məqalələrin dərc edilməsində, eləcə də ölkəmizin mütəxəssisləri üçün ixtisasartırma kurslarının təşkilində komitə ilə sıx əməkdaşlıq edilir.
Almaniya-Azərbaycan Ticarət Palatasının sədri Falko Heidriç alman iş adamlarının Azərbaycana investisiya yatırmasının təşviq edilməsinin vacibliyini bildirib.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.02.2018
Atatürkün “İstiqlal” medalı ilə təltif etdiyi Hacı Cabbar Kömək kim olub?
20.02.2018
Hüseynə kömək lazımdır!
20.02.2018
Ötən ay Azərbaycanda ticarət əməliyyatlarının həcmi 1,5 milyard dollardan çox olub
20.02.2018
Ankarada Xocalı soyqırımına həsr olunan toplantı keçirilib
20.02.2018
Donald Tramp ABŞ prezidentlərinin reytinqində axırıncı yeri tutdu

Şərh əlavə olunmayıb



    ,    
Aysel İbrahimova
Rəhim Həsənov
Tural Tağıyev
Zülfiyyə Vəliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8445

1 “Birləşmiş Krallıqda bizim çox istedadlı və savadlı insanlarımız var”
2 “Şirkətimiz bu il yüzlərlə yeni və daimi iş yeri yaradacaq”
3 “Qarabağ həqiqətlərinin Belçikada tanınması üçün yerli mətbuatın gücündən istifadə edirik”
4 Xocalı soyqırımı ilə bağlı Türkiyədə bir sıra tədbirlər keçiriləcək
5 «ArmenianReport»: ”Yaxın vaxtlarda Ermənistanın dövlət borcu 7 milyard dolları ötəcək”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info