ƏƏSMN “Çağrı mərkəzləri”nə ünvanlanan müraciətlərin sayını açıqlayıb
Tarix: 14.02.2018 | Saat: 13:08:00 | E-mail | Çapa göndər
Cari ilin yanvar ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 və 190 - “Çağrı mərkəzləri”nə vətəndaşlar tərəfindən əvvəlki ayla, yəni 2017-ci ilin dekabr ayı ilə müqayisədə 12,2% az, yəni 15 236 müraciət daxil olub.
 
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, vətəndaşların “Çağrı mərkəzləri”nə etdikləri hər bir müraciətin operativ şəkildə cavablandırılması təmin edilib. Müraciətlərin 96,7%-i nazirliyin fəaliyyət sahələrinə aid məsələlərlə bağlı sorğulardan ibarət olub.
 
Nazirliyin mütəxəssisləri tərəfindən bu sorğularla bağlı vətəndaşlara ətraflı hüquqi izahatlar verilib. “Çağrı mərkəzləri”nə daxil olan digər müraciətlər isə nazirliyin müvafiq struktur bölmələrində araşdırılıb və nəticələrinə uyğun tədbirlər görülüb. Eyni zamanda, vətəndaşların məlumatlandırılması məqsədilə yanvar ayı ərzində 38 896 “sms” göndərilib.
 
142 və 190 - “Çağrı mərkəzləri” tərəfindən sosial təminat növlərinə hüququn müəyyən edilməsi, pensiya və sosial müavinət məsələləri, əmək qanunvericiliyi, məşğulluğun təminatı, tibbi-sosial ekspertiza və reabilitasiya, nazirliyin elektron xidmətlərindən istifadə, sosial sığorta münasibətləri, məcburi dövlət sosial sığortası, fərdi uçotun təşkili və s. ilə bağlı müraciətlərin cavablandırılması təmin edilir. Eyni zamanda, 142 - “Çağrı mərkəzi” əlilliyin və sağlamlıq imkanları məhdudluğun müayinəsinin nəticəsi, ünvanlı dövlət sosial yardımının alınması üçün  edilmiş müraciətə baxılmasının cari vəziyyəti barədə nazirliyin mərkəzləşdirilmiş informasiya sistemindən məlumat öyrənməyə, 190 - “Çağrı mərkəzi” isə avtomatlaşdırılmış qaydada pensiya təyinatının aparılmasına imkan verir.
 
Hər iki “Çağrı mərkəzi” canlı rejimdə həftənin iş günləri saat 09:00-dan 18:00-dək vətəndaşların xidmətindədir. Qeyri-iş günlərində isə vətəndaşların müraciətləri avtomatik rejimdə aidiyyəti üzrə standart formada cavablandırılır.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.05.2018
Azərbaycanlı müəllimlərə Kembric Universitetinin sertifikatları verilib
21.05.2018
Sumqayıtda Gənclər Klubu yaradılıb
21.05.2018
Müəllimlər sertifikasiyaya cəlb olunacaqlar
21.05.2018
“ASAN Xidmət” əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin qeydiyyatına başlayıb
21.05.2018
“Asan İmza” Almaniyada keçirilən ən böyük Avropa konfransında təmsil olunub

Şərh əlavə olunmayıb



    ,    
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9290

1 “İsveçdə keçiriləcək parlament seçkilərində bir neçə azərbaycanlının namizədliyi irəli sürülüb”
2 Fəxrəddin Quliyev: “Şəxsiyyət sənətdə böyük amildir”
3 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
4 Krasnoyarskda AXC-nin 100 illiyi ilə bağlı silsilə tədbirlər keçirilib
5 Oqtay Əsədov: “Ermənistanın işğalçılıq siyasəti bölgədə sülh və sabitliyə mane olur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info