QHT-lər İlham Əliyevin prezidentliyə namizədliyinin dəstəklənməsi barədə müraciət qəbul edib
Tarix: 14.02.2018 | Saat: 13:48:00 | E-mail | Çapa göndər
Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatlarının Ümumrespublika Konfransı keçirilib.
 
Konfransda çıxış edən Milli QHT Forumunun prezidenti Rauf Zeyni prezident seçkilərinin aprelin 11-nə təyin olunmasının milli maraqlara xidmət etdiyini söyləyib.
 
Prezident İlham Əliyevin vətəndaş cəmiyyətinə dəstəyindən söz açan İctimai Problemlərin Tədqiqi Assosiasiyasının sədri Məhərrəm Zülfüqarlı deyib ki, qərbyönümlü seçki təşkilatları Azərbaycanda seçki kampaniyasının 90 gündən 60 gündən endirilməsi və seçki təşviqatı ilə bağlı müddətin 23 günə endirilməsini tənqid edirlər: “Ancaq sonradan araşdırmalar zamanı məlum oldu ki, Azərbaycanla müqayisədə bir sıra Avropa ölkələrində seçki kampaniyasının müddəti daha azdır. Hətta İspaniyada seçki təşviqatı üçün cəmi 10 gün ayrılır. Biz hesab edirik ki, gələcəkdə seçki komissiyaları da ümumiyyətlə, siyasi partiyaların inhisarından çıxarılmalı, müstəqil ekspertlərdən, QHT nümayəndələrindən, jurnalistlərdən təşkil edilməlidir”.
 
M. Zülfüqarlı prezident seçkilərinin önə çəkilməsinə də toxunub: “Azərbaycan demokratik ölkədir, son referendumda qəbul edilən Konstitusiyada prezidentin səlahiyyət müddəti 7 il olacaq. 2025-ci ildə prezident və parlament seçkiləri üst-üstə düşəcəkdi. Ona görə də ölkə rəhbəri prezident seçkilərinin yazda keçirilməsi barədə sərəncam verib. Digər tərəfdən, qarşıdakı dövrdə Qarabağ münaqişəsinin həlli ilə bağlı addımlar atıla bilər. Bu da prezident seçkilərinin vaxtının dəyişdirilməsinə təsir göstərən amillər sırasında ola bilər".
 
Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Azər Həsrət bildirib ki, prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycan sürətlə inkişaf edir, sabitlik mövcuddur: “Bizim namizədimiz İlham Əliyev olacaq”.
 
Çıxışlardan sonra QHT-lər adından prezident İlham Əliyevin namizədliyinin dəstəklənməsi barədə müraciət qəbul edilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.05.2018
Bakı İdarəetmə və Texnologiya Kollecinə yeni direktor təyin olunub
21.05.2018
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi Avropada qeyd olunur
21.05.2018
ADU-da “Heydər Əliyev və müasir Azərbaycan” adlı elmi konfrans keçirilib
21.05.2018
Səadət Qarayeva: “PBİF Azərbaycanın biznes potensialı üçün mühüm meydançalardan biridir”
21.05.2018
Monteneqrodakı soydaşlarımızdan AXC-nin 100 illiyi ilə bağlı təbrik mesajı

Şərh əlavə olunmayıb



    ,    
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9290

1 “İsveçdə keçiriləcək parlament seçkilərində bir neçə azərbaycanlının namizədliyi irəli sürülüb”
2 Fəxrəddin Quliyev: “Şəxsiyyət sənətdə böyük amildir”
3 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
4 Krasnoyarskda AXC-nin 100 illiyi ilə bağlı silsilə tədbirlər keçirilib
5 Oqtay Əsədov: “Ermənistanın işğalçılıq siyasəti bölgədə sülh və sabitliyə mane olur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info