“ABAD”a qoşulmaq mənə əlavə imkanlar yaradacaq”
Tarix: 14.02.2018 | Saat: 13:54:00 | E-mail | Çapa göndər
“ABAD”a yeni qoşulan Qusar şəhər sakini Zarina Mirzəliyeva müxtəlif ölçülü muncuqlardan istifadə etməklə bəzək əşyaları, aksesuarlar və portretlər hazırlayır. Xalçaçılığa böyük həvəsi olan qusarlı xanım bu işə hobbi kimi yanaşır. ABAD layihəsinə qoşulandan sonra isə hobbisindən qazanc götürmək imkanı əldə edəcək.
Zarina Mirzəliyeva bildirib ki, iki ilə yaxındır bu işlə məşğuldur. Hazırladığı bəzək əşyalarının maraqla qarşılandığını görən xanım əl işlərinin sayını artıraraq rayonda keçirilən sərgilərə qatılıb. Muncuqlardan hazırladığı aksesuarların bir hissəsini sosial şəbəkələr vasitəsilə satışa da çıxarıb.
“Artıq “ABAD”çı olmaq üçün müraciət etmişəm. Hazırda sənədləşmə işləri aparılır. Bu layihəyə qoşulmaq mənə əlavə imkanlar yaradacaq. Hazırladığım əl işləri daha geniş alıcı kütləsinə təqdim olunacaq”, - deyə Z.Mirzəliyeva bildirir.
Zarina günün böyük hissəsini əl işlərinin hazırlanmasına sərf edir. Bu işi görmək üçün böyük səbr lazımdır. Bəzək əşyalarının hazırlanmasında ən vacib elementlər isə şüşə muncuqlar və ipək saplardır. Kiçik aksesuarlara iki-üç gün, muncuqlardan ibarət 0,5 kvadratmetr ölçüdə portret və ya xalçanın hazırlanmasına isə 2-3 ay vaxt sərf olunur.
Qeyd edək ki, ərzaq məhsullarının istehsalı və dekorativ-tətbiqi xalq sənətkarlığı istiqamətləri üzrə fəaliyyət göstərən ailə təsərrüfatlarına ASAN dəstək konsepsiyası - ABAD publik hüquqi şəxs kimi 2016-cı il sentyabrın 23-də yaradılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.05.2018
Azərbaycanlı müəllimlərə Kembric Universitetinin sertifikatları verilib
21.05.2018
Sumqayıtda Gənclər Klubu yaradılıb
21.05.2018
Müəllimlər sertifikasiyaya cəlb olunacaqlar
21.05.2018
“ASAN Xidmət” əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin qeydiyyatına başlayıb
21.05.2018
“Asan İmza” Almaniyada keçirilən ən böyük Avropa konfransında təmsil olunub

Şərh əlavə olunmayıb



    ,    
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9290

1 “İsveçdə keçiriləcək parlament seçkilərində bir neçə azərbaycanlının namizədliyi irəli sürülüb”
2 Fəxrəddin Quliyev: “Şəxsiyyət sənətdə böyük amildir”
3 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
4 Krasnoyarskda AXC-nin 100 illiyi ilə bağlı silsilə tədbirlər keçirilib
5 Oqtay Əsədov: “Ermənistanın işğalçılıq siyasəti bölgədə sülh və sabitliyə mane olur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info