The Washington TimesAzərbaycandan yazıb
Tarix: 14.02.2018 | Saat: 13:55:00 | E-mail | Çapa göndər


“The Washington Times” qəzetində “Azərbaycana səfər. Bakıda və ölkə boyunca gediş-gəliş” sərlövhəli məqalə dərc edilib.
Materialda Azərbaycana üz tutan turistlərə bu ölkəyə gəlmək üçün əvvəlcə viza almaq lazım olduğu xatırladılır. Bildirilir ki, 2017-ci il Azərbaycanın əsas gəliş-gediş məntəqəsi, ölkənin ən iri hava limanı olan Heydər Əliyev Beynəlxalq Aeroportu üçün rekord ili olub: keçən il bu aeroport 4 milyon sərnişinə xidmət edib. Bu, əvvəlki ilin müvafiq göstəricisi ilə müqayisədə 23 faiz çoxdur. Məqalədə qeyd edilir ki, 2014-cü ildən etibarən Azərbaycana gələn ABŞ vətəndaşları üçün xüsusi rahat xidmətlər təqdim edilir: Nyu-Yorkdakı Con Kennedi adına aeroportdan (JFK) birbaşa reyslə Heydər Əliyev Aeroportuna uçanlar Bakıya çatandan sonra birdəfəlik qısamüddətli viza ala bilərlər. Heydər Əliyev Aeroportundan Mərkəzi Dəmir Yol vağzalına aeroportun 48 sərnişin tutan rahat avtobuslarında da getmək mümkündür. Azərbaycanda rahat taksi xidmətlərindən də istifadə etmək olar. Göstərilir ki, Azərbaycan daxilində səyahət etmək üçün avtomobilləri kirayə götürmək də mümkündür. Ölkədə avtomobil kirayəsi xidmətləri təklif edən beynəlxalq şirkətlər, o cümlədən “Avis” və “Hertz”, habelə çoxsaylı yerli şirkətlər fəaliyyət göstərir.
Ölkə daxilində uçuşlar üçün Azərbaycanın ən iri aviaşirkəti olan “Azərbaycan Hava Yolları” (AZAL) QSC xidmətlərindən istifadə etmək olar. Bu yaxınlarda AZAL yeni daxili reyslər açıldığını elan edib.
Məqalədə Azərbaycanın digər gözəl şəhərlərinə və mənzərəli guşələrinə, o cümlədən Gəncə, Qəbələ və Şəkiyə getmək də məsləhət görülür.
Azərbaycanda avtobusda səyahətə çıxmaq geniş yayılıb. İri şəhərlərin, demək olar ki, hər birində avtovağzal və ya şəhərlərarası avtobusların dayanacaqları var. Bundan əlavə, ölkə daxilində səyahət üçün münasib qiymətlə dəmir yol xidmətlərindən də istifadə etmək olar.
Tural




 
Bölməyə aid digər xəbərlər
14.08.2018
ABŞ Londonu da hədələdi
14.08.2018
Gürcüstanda keçiriləcək prezident seçkilərinə 42 milyon lari xərclənəcək
12.08.2018
ABŞ-ın Türkiyəyə inanılmaz 8 şərti
12.08.2018
Keçmiş komediya aktyoru Sloveniyada baş nazir postunu tuta bilər
11.08.2018
ABŞ mediası Trampa qarşı

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9853

1 DSX rəisi at çapan qızla görüşüb
2 Leyla Hüseynova: “Dənizçilik həyatımın anlamıdır”
3 Karen Veranyan: “İrana qarşı yeni sanksiyalar Ermənistan iqtisadiyyatına ağır zərbə vuracaq”
4 “Hər yaşa uyğun uşaq intellektual oyunları və videolar hazırlamışıq”
5 Türkiyə dollara qarşı yeni bir gediş edir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info