“Meşələrdə yanğınların baş verməməsi üçün məqsədyönlü tədbirlər həyata keçirilir”
Tarix: 14.02.2018 | Saat: 15:31:00 | E-mail | Çapa göndər


Sadiq Salmanov: “Meşələrin qorunub mühafizə olunmasında, eləcə də yanğınlardan qorunmasında ictimaiyyətin  dəstəyinə ehtiyac var”

İnsanların, necə deyərlər, meşələrə nəfəs borcu var. Ona görə də meşələrin qorunması və bərpası əhalinin sağlamlığı üçün vacib amildir. Son zamanlar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin meşələrin mühafizəsi istiqamətində gördüyü işlərdə aktivlik hiss olunur. ETSN rəhbərliyi qarşıya qoyulan məqsədlərə çatmaq üçün bütün mümkün vasitələrdən istifadə edir. ETSN-in Meşələrin İnkişafı Departamentinin sektor müdiri Sadiq Salmanovla müsahibədə bu mövzudan danışmışıq.

-Ötən il meşələrdə yanğınlar daha çox oldu. Sizcə, bunun səbəbi nə idi?

-Həqiqətən də, 2017-ci ildə yanğın hadisələri əvvəlki illərlə müqayisədə çox oldu. Meşələrdə yanğın təhlükəsinin qarşısını almaq məqsədilə qabaqlayıcı zəruri tədbirlər həyata keçirilməsinə baxmayaraq,  Oğuz, Şabran, Giləzi, Zaqatala, Masallı, Qəbələ   Meşə Mühafizəsi və Bərpası müəssisələrinin ərazilərində yanğın hadisəsi baş verdi. Ümumiyyətlə, dünyada meşələrdə baş verən yanğınların 60%-i antropogen təsirlərdən qaynaqlanır. Ölkəmizdə baş verən yanğınlar da bu təsirlər nəticəsində baş verir. Ötən ilin yay mövsümündə havalar  uzun müddət çox isti və quraq keçdi və bu da meşələrdə yanğın təhlükəsini artırdı. Ümumiyyətlə, qeyd etmək istərdim ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hər il istər Mərkəzi Aparatda, istərsə də rayonlarda fəaliyyət göstərən Meşə Mühafizəsi və Bərpası Müəssisələrində sutkalıq növbətçiliklər təşkil edilir, meşə mühafizə xidməti işçiləri müxtəlif növ yanğınsöndürmə vasitələri ilə təmin edilir və mütəmadi olaraq reydlər keçirilir, həmçinin əhaliyə meşələrdə yanğın təhlükəsizliyi qaydalarına riayət etmək barədə müraciət olunur. Göründüyü kimi,  tərəfimizdən  tələb olunan  yanğın əleyhinə bütün tədbirlərin aparılmasına baxmayaraq, təəssüflə qeyd etməliyəm ki, ötən il yanğın hadisələrini çox oldu. Meşələrimizdə yanğınlar iki səbəbdən baş verir; odla ehtiyatsız rəftar və taxıl biçinindən sonra kövşənlərin yandırılması.

-Eyni halın bu il təkrarlanmaması üçün hansı önləyici tədbirlər görürsünüz?
-Təbii ki, belə halların yenidən baş verməməsi üçün məqsədyönlü tədbirlər həyata keçirilir. Cari il üçün   Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamenti və  Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti  ilə birgə Tədbirlər Planı hazırlanıb və təsdiq edilib. Bu tədbirlər planında yanğın təhlükəsizliyi qaydalarına uyğun olaraq, regionlarda müxtəlif təlim və treninqlərin keçirilməsi və əhali arasında maarifləndirmə işlərinin aparılması nəzərdə tutulub. Bundan başqa, tərəfimizdən yanğın təhlükəsi olan ərazilərdə 650 km yeni yanğın əleyhinə münerallaşdırılmış zolaqlar çəkilib və 600 km mövcud zolaqlar təmir edilib.

-Bunların baş verməməsi üçün maarifləndirici tədbirlərə ehtiyac varmı?
-Əlbəttə ki, maarifləndirici tədbirlərə  həmişə ehtiyac var. Kütləvi informasiya vasitələri də, hesab edirəm ki, bu işdə yaxından iştirak etməlidir. Meşələr ümumi sərvətimizdir və onun qorunub mühafizə olunmasında hərə öz töhfəsini verməlidir.

-Meşələrin mühafizəsi, eləcə də yanğınlardan qorunmaqda ictimaiyyətin dəstəyinə ehtiyac varmı?
-Meşələrin qorunub mühafizə olunmasında, eləcə də yanğınlardan qorunmasında ictimaiyyətin  dəstəyinə, sözsüz ki, ehtiyac vardır. İctimaiyyət bu işlərdə yaxından iştirak etsə, bu, ümumi işimizin yalnız xeyrinə olardı.

-Meşələrin bərpası və artırılması istiqamətində hansı işləri görürsünüz?
- Azərbaycan az meşəli ölkə olduğu üçün meşələrin qorunub mühafizə olunması və artırılması bizim əsas istiqamətimizdir. Təsadüfi deyil ki, son 17 ildə respublikanın meşə örtüyü 11,4%-dən 12%-ə çatdırılıb. Belə bir göstəriciyə nail olmaq üçün ən azı 30 il vaxt tələb olunur. Lakin biz meşə bərpa tədbirlərini 2,5 dəfə artıraraq buna nail olmuşuq. Digər tərəfdən Azərbaycan Respublikası Prezidentinin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin təsdiq edilməsi haqqında” 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli  Fərmanından irəli gələn məsələlərin həlli məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 2017-2021-ci illər ərzində 24000 hektarda meyvə ağaclarından ibarət yeni aqromeşə massivlərinin salınması nəzərdə tutulub və artıq bu işlərə başlanılıb. Artıq 4000 hektardan artıq sahədə meyvə bağları salınıb və bu istiqamətdə işlər davam etdirilir. Eyni zamanda qeyd etmək istərdim ki, təkcə 2017-ci ildə 4837,8 min ədəd  meyvə tingi yetişdirilib.    Baramaçılığın inkişafı məqsədilə yetişdirilmiş tut tinglərinin 701,2 min ədədi tut bağlarının salınması məqsədilə əvəzsiz olaraq rayon icra hakimiyyətlərinə verilib.  Yeni meyvə bağlarının salınması, hesab edirəm ki, gələcəkdə regionların inkişafında, ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsinə, həmçinin əhalinin sosial rifahının yaxşılaşmasına xidmət edəcəkdir.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
13.08.2018
“Beynəlxalq Gənclər Günü gənclərin beynəlxalq aləmə inteqrasiyasına təkan vermək məqsədilə qeyd olunur”
10.08.2018
Bəzən fermerlər təyinatı, mənşəyi bilinməyən əkin materialını bazardan alıb toxum kimi səpirlər
07.08.2018
Leyla Hüseynova: “Dənizçilik həyatımın anlamıdır”
06.08.2018
“Rusiya və Azərbaycanın strateji əməkdaşlığı dərin tarixi köklərə malikdir”
01.08.2018
“Yaşlı nəsil özündən sonra yeni nəsil diaspor yetişdirməlidir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9858

1 DSX rəisi at çapan qızla görüşüb
2 Karen Veranyan: “İrana qarşı yeni sanksiyalar Ermənistan iqtisadiyyatına ağır zərbə vuracaq”
3 “Hər yaşa uyğun uşaq intellektual oyunları və videolar hazırlamışıq”
4 “Azərbaycan qadınları cəmiyyətdəki aktual problemlərin həllindən kənarda qalmırlar”
5 ABŞ saytında azərbaycanlı rəssamın müsahibəsi dərc olunub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info