Sona Vəliyeva: “İctimai-siyasi həyatda qadınların rolu gündən-günə artır”
Tarix: 14.02.2018 | Saat: 15:35:00 | E-mail | Çapa göndər
Ailə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şura “Qadın və seçki hüququ” mövzusunda konfrans keçirib. Konfransda ölkənin ictimai-siyasi, sosial-mədəni həyatında fəallıq göstərən qadınlar iştirak edib.
Ailə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Rəna Mirzəzadə bildirib ki, konfransın keçirilməsində məqsəd 1918-ci il mayın 28-də qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti dövründə bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən əvvəl qadınlara seçki hüququnun verilməsinin 100 illiyinin qeyd olunmasıdır.
Şura sədrinin sözlərinə görə, məqsəd eyni zamanda aprelin 11-də keçiriləcək prezident seçkilərində qadınları fəal iştiraka dəvət etməkdir.
"Kaspi" Mətbuat və Təhsil Mərkəzinin rəhbəri, Milli Televiziya və Radio Şurasının sədr müavini Sona Vəliyeva cümhuriyyət dövründə qadınların təhsil alması, maariflənməsi üçün atılan addımlardan danışıb, müstəqil Azərbaycan dövlətinin və Azərbaycan Xalq Cümhuriyyətinin qadın siyasəti arasında paralellər aparıb. S. Vəliyeva qeyd edib ki, Azərbaycanın ictimai-siyasi həyatında qadınların rolu gündən-günə artır və qadın siyasəti Azərbaycan dövlətinin prioritet istiqamətini təşkil edir. O vurğulayıb ki, qadınlar aprelin 11-də keçiriləcək seçkilərdə öz səslərini dövlətin sabitliyini və inkişafını təmin edən Prezident İlham Əliyevə verəcəklər.
Tədbirdə digər çıxış edənlər qadın və seçki hüququ mövzusunda fikirlərini bildirib, qadınları seçkilərdə fəal olmağa çağırıblar.

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.05.2018
Bakı İdarəetmə və Texnologiya Kollecinə yeni direktor təyin olunub
21.05.2018
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi Avropada qeyd olunur
21.05.2018
ADU-da “Heydər Əliyev və müasir Azərbaycan” adlı elmi konfrans keçirilib
21.05.2018
Səadət Qarayeva: “PBİF Azərbaycanın biznes potensialı üçün mühüm meydançalardan biridir”
21.05.2018
Monteneqrodakı soydaşlarımızdan AXC-nin 100 illiyi ilə bağlı təbrik mesajı

Şərh əlavə olunmayıb



    ,    
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9290

1 “İsveçdə keçiriləcək parlament seçkilərində bir neçə azərbaycanlının namizədliyi irəli sürülüb”
2 Fəxrəddin Quliyev: “Şəxsiyyət sənətdə böyük amildir”
3 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
4 Krasnoyarskda AXC-nin 100 illiyi ilə bağlı silsilə tədbirlər keçirilib
5 Oqtay Əsədov: “Ermənistanın işğalçılıq siyasəti bölgədə sülh və sabitliyə mane olur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info