İtdirsəyi yüksək hərarətlə müşahidə oluna bilər
Tarix: 14.02.2018 | Saat: 19:37:00 | E-mail | Çapa göndər


İtdirsəyi–göz qapağındakı kirpik kisəsinin və ya piy vəzisinin kəskin irinli iltihabıdır. Xəstəlik əksər hallarda immuniteti zəif olanlarda, əsasən uşaqlarda meydana çıxır. Bu, badamcıq, burunun əlavə boşluqlarının iltihabı, dişlərdə olan xəstəliklər, qurd invaziyaları, şəkərli diabet və bir sıra digər xəstəliklər fonunda yaranan problemdir.
Bunu AZƏRTAC-a müsahibəsində tibb elmləri doktoru, oftalmoloq Aytən Sultanova bildirib.
Həkim deyib: “Xəstəlik ilkin olaraq göz qapağı kənarında meydana çıxan ağrılı nöqtə ilə başlayır. Sonra onun ətrafında şişkinlik və qızartı əmələ gəlir və göz qapağı şişir. İki-üç gündən sonra göz qapağı kənarındakı şişkinlik sahəsində sarı rəngli irinli “başcıq” əmələ gəlir. Bu zaman irin xaric oluna bilər. Eyni zamanda bir neçə itdirsəyi əmələ gələr və onların birləşməsi baş verərsə, bu zaman xəstənin ümumi vəziyyəti ağırlaşa bilər. Xəstədə temperaturun yüksəlməsi, çənəaltı və qulaqaltı limfa vəzilərinin böyüməsi kimi əlamətlər yarana bilər. Belə olduqda mütləq olaraq oftalmoloqa müraciət etmək lazımdır.
Müalicə antibiotiklərin köməyi ilə aparılır. İtdirsəyi tez-tez əmələ gəldikdə isə mütləq immunoloqa müraciət olunmalıdır.
Formalaşmaqda olan irinciyin səthinə nöqtəvi şəkildə brilliyant yaşılı (zelyonka), yod və ya spirt vurmaq olar. Antiseptikin gözə düşməməsinə diqqət yetirmək mütləqdir.
İrin əmələ gəldikdə göz nahiyəsinə isti bir şey, misal üçün isitqac, içərisi isti qum və ya duz ilə doldurulmuş kisəcik qoyulduqda yaxşı effekt görmək olar. Dərman məhlulu ilə isladılmış pambıq və ya tənzif qoyulması isə məslət görülmür. Heç bir halda irinciyi sıxmaq və ya deşmək olmaz. Bu zaman infeksiya gözə yayıla bilər.
İtdirsəyi müalicəsi zamanı adətən tetrasiklin və ya eritromisin məlhəmindən, 20 faizli sulfasil-natrium (albusid) və ya digər müasir göz damcılarından istifadə olunur. Bir neçə gündən sonra itdirsəyi adətən keçib gedir.
Bəzən də elə olur ki, itdirsəyi keçib getməyin əvəzinə göz qapağının içərisində kiçik şiş kimi qalır. Buna xalyazion deyilir. Xalyazion ağrımır, lakin kosmetik qüsura gətirib çıxarır. Xalyazion çətinliklə müalicə olunur. Buna görə də o əmələ gələn kimi dərhal oftalmoloqa müraciət etmək lazımdır.
İlkin olaraq xalyazionu quru istilik, göz damcıları və xüsusi məlhəmlərlə müalicə etmək olar. Fizioterapiya üsullarından da istifadə oluna bilər. Bu üsullar nəticə vermədiyi halda xüsusı iltihab əleyhinə olan preparatlar istifadə olunur. Bu preparatlar xalyazionun içərisinə nazik iynə ilə yeridilir və xalyazion tədricən çəkilir. Lakin bu üsul da hər zaman xalyazionun tam çəkilməsinə kömək etmir. Bu halda cərrahi əməliyyat lazım olur. Əməliyyat bir neçə dəqiqə davam edir. Hazırda lazer üsulu ilə aparılan bu əməliyyat daha az travmatik və tikişsiz olur.
Xalyazion yenidən əmələ gələ bilər. Onun əmələ gəlməsinə bir çox faktorlar təkan verir. Bunlar soyuqlama, immunitetin zəifləməsi, kontakt linzaların taxılması, şəkərli diabet, yağlı dəri, qiqiyenik qaydalarına tam riayət edilməməsi kimi səbəblərdir.
Xalyazion tez-tez əmələ gəldikdə immun sisteminin möhkəmləndirilməsi mütləqdir. Bunun üçün vitamin-mineral kompleksləri qəbul etmək, açıq havada gəzmək, yaxşı qıdalanmaq lazımdır”.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.10.2018
Portuqaliyada 400 il bundan əvvəl batmış gəmi aşkar edilib
18.10.2018
Sürücüsüz avtomobillər nəqliyyatın hərəkəti üçün problemə çevrilə bilər
16.10.2018
Avtomobillərlə 27 yazdılar
16.10.2018
Gün ərzində nə qədər çörək yemək olar?
16.10.2018
Əsnəmək nədir?

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10288

1 Azərbaycanlı gənclər İtaliyada şirkət açıblar
2 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
3 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
4 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
5 Türkiyə mediası: “Star”Avropanın ən müasir müəssisəsi olacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info