Smartfonlardan avtomobil akkumulyatorları hazırlanacaq
Tarix: 14.02.2018 | Saat: 19:41:00 | E-mail | Çapa göndər


“Samsung SDI” şirkəti avtomobil akkumulyatorlarının buraxılışı üçün smartfonların təkrar emalı proqramını istifadəyə verəcək. Bu barədə şirkətin press-relizində deyilir.
“ICTnews” Elektron Xəbər Xidməti yazır ki, proqramın məqsədi smartfon və avtomobil akkumulyatorlarının hazırlanması üçün istifadə olunan kobalt metalının hasil edilməsindən ibarətdir. Problem ondan ibarətdir ki, metalın qiyməti son vaxtlar kəskin bahalaşıb. Belə ki, son ildə kobaltın qiyməti 235 faiz – maddənin bir tonu üçün 34600 dollardan 81360 dollaradək artıb.
Kobalta tələbat elektromobillərin istehsalının artması səbəbindən yüksəlib. Metal sənayedə yüksək temperatura dözümlüyünə görə qiymətləndirilir. Bu isə akkumulyatorların etibarlığını artırır.
Məlumata görə, bir smartfonun istehsalında 5-10 qramadək, noutbukun - 30 qram, elektromobil batareyası üçün 5-20 kiloqram kobalt istifadə edilir.
Ümumilikdə 6 milyon ton ehtiyatın tədqiqi aparılıb. Konqo Demokratik Respublikasında metal ehtiyatı 3,4 milyon ton təşkil edir. Bundan başqa, kobalt ehtiyatları Avstraliya (1 milyon ton), Kuba (500 min ton), Filippin (290 min ton), Kanada (270 min ton), Zambiya (270 min ton) və Rusiyada (250 min ton) var. Ekspertlərin hesablamalarına görə, bu gün benzin mühərrikli bütün avtomobillər elektromobillərlə əvəz edilsə, 14 milyon ton kobalt tələb olunacaq ki, bu da planetdə mövcud ehtiyatları iki dəfə üstələyir.
Vəziyyəti mürəkkəbləşdirən odur ki, Konqo Demokratik Respublikasında iqtisadi və siyasi vəziyyət qeyri-sabitdir. Kobalt hasilatında təhlükəsizlik qaydalarına əməl olunmur, uşaq əməyindən istifadə edilir.
Qeyd edək ki, “Samsung Electronics” şirkətinin avtomobil akkumulyatorlarının buraxılışı üzrə bölməsi olan “Samsung SDI” aparıcı avtomobil istehsalçıları, o cümlədən “BMW” üçün ehtiyat hissələrinin istehsalı ilə məşğuldur.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
Daşkənddə dəyəri milyon dollardan çox olan qədim xəzinə tapılıb
20.01.2019
Dünyanın ən yaşlı kişisi vəfat edib
19.01.2019
Bali adasına gələn əcnəbi turistlərdən əlavə vergi alınacaq
19.01.2019
Kanadada qida israfı istehsalın 50 faizni təşkil edir
19.01.2019
Özbəkistanin birinci Prezidentinin uçduğu təyyarələr satışa çıxarılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info