Sahibkarlar əmindirlər ki, Azərbaycanın inkişafı Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da sürətlənəcək
Tarix: 14.02.2018 | Saat: 19:53:00 | E-mail | Çapa göndər


“Regionların inkişafında sahibkarlığın rolu” mövzusunda konfrans keçirilib. Konfransda çıxış edən Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev bildirib ki, sahibkarlar əmindirlər ki, Azərbaycanın inkişafı Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da sürətlənəcək. Buna görə də Azərbaycan sahibkarları Prezident seçkilərində dövlətimizin başçısı İlham Əliyevin namizədliyini dəstəkləyəcəklər. Konfederasiyanın prezidenti bildirib ki, dövlətimizin başçısının siyasətinə həmişə sadiq olan və cəmiyyətin fəal hissəsini təşkil edən sahibkarlar inanırlar ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişafın Azərbaycan modeli yeni mərhələdə də keyfiyyətcə öz nailiyyətləri ilə davamlı inkişafın istinadına çevriləcək: “Bütün bunları nəzərə alaraq, çoxminlik Azərbaycan sahibkarları adından cari il aprelin 11-də keçiriləcək prezident seçkilərində İlham Əliyevin namizədliyini yekdilliklə dəstəkləyəcəyimizi bildirmək istəyirəm”.
Ölkənin iqtisadi inkişafından danışan M.Musayev bildirib ki, Azərbaycana yatırılan sərmayələrin 50 faizdən çoxu xarici vestorların payına düşür. O qeyd edib ki, 14 ildə Azərbaycan iqtisadiyyatı uğurlu yol keçib. Əməkhaqları və pensiyalarda dəfələrlə artım müşahidə edilib. Həyata keçirilən tədbirlər nəticəsində regionların inkişafı, kənd təsərrüfatında əldə edilən uğurlar iqtisadiyyatın gələcək perspektivlərindən xəbər verir.
Tədbirdə çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev isə çıxışında bildirib ki, SOCAR Həmkarlar İttifaqına işçilərin sosial vəziyyəti ilə əlaqədar ildə 5 milyon manat vəsait ödəyir. "İşçilərin həyat şəraitinin daha da yaxşılaşdırılması ilə bağlı "Azərbaycan Dəmir Yolları" QSC 200-dən çox dəmiryolçunun mənzillə təmin olunmasına nail olub. SOCAR hər il 5 milyon manat işçilərinin sosial vəziyyətini yaxşılaşdırmaq üçün vəsait ödəyir", - deyən Səttar Mehbalıyev həmçinin bildirib ki, işəgötürənlərin bəziləri işçisinin sosial vəziyyətini düşünmür. Onların həyat səviyyəsini daha da yaxşılaşdırmaq üçün Həmkarlar İttifaqı ilə birgə çalışmırlar.
Nigar




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
Bakı Şəhər Baş Polis İdarəsi paytaxtda keçirilən mitinqlə bağlı məlumat yayıb
18.01.2019
“Bakcell” və “Hesab.az” avtomatik ödəniş funksiyasını təqdim edib
18.01.2019
“ASAN xidmət” müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevrilir
18.01.2019
20 yanvar günü bu küçələrdə hərəkət tam məhdudlaşdırılacaq
18.01.2019
Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info