Azərbaycan nümayəndə heyəti Dubayda bir sıra görüşlər keçirib
Tarix: 14.02.2018 | Saat: 16:12:00 | E-mail | Çapa göndər
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən VI Dünya Hökumətlər Sammiti başa çatıb.
Tədbir çərçivəsində Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti və ölkəmizin BƏƏ-dəki səfiri Daşqın Şikarov bir sıra görüşlər keçirib.
İnam Kərimov Misir Ərəb Respublikasının planlaşdırma və inzibati islahatlar naziri Hala El-Sayed, Monteneqronun dövlət idarəçiliyi naziri Suzana Pribiloviç, Mərakeş Krallığının inzibati islahatlar və dövlət qulluğu naziri Məhəmməd bin Abdelkader, Portuqaliyanın inzibati modernləşdirmə üzrə naziri Maria Markeş, Uqandanın dövlət xidmətləri naziri Vilson Muruli Mukasa ilə görüşüb, qarşılıqlı əməkdaşlığa dair bir sıra məsələləri müzakirə edib.
Görüşlər zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən son illər dövlət idarəçiliyinin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar və bu islahatların tərkib hissəsi olan “ASAN xidmət” mərkəzlərinin yaradılması, məqsədləri və fəaliyyət istiqamətləri, habelə elektron hökumət quruculuğu məsələləri barədə ətraflı məlumat verilib. “ASAN Viza”, “ASAN ödəniş”, “ASAN viza 2.0”, “ABAD” layihələri ilə bağlı fikir mübadiləsi aparılıb, qeyd olunan sahələrdə qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə olunub.
Bununla yanaşı, səfər çərçivəsində “ASAN Viza”nın tanıdılması, “ASAN viza 2.0” layihəsinin və yeni səmərəli həllərin tətbiqi məqsədilə Dubayın Məskunlaşma və Əcnəbilərin İşləri üzrə Baş İdarəsinin baş direktoru, general-mayor Məhəmməd Əhməd Əl Mərri, o cümlədən BƏƏ-nin “Etihad” və “Air Arabia” hava yolları şirkətlərinin rəsmiləri ilə görüşlər keçirilib, əməkdaşlığa dair ilkin razılıq əldə olunub.
Qeyd edək ki, Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş nazir, Dubay əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktumun himayəsi altında “Gələcək hökumətlərin proqnozlaşdırılması” şüarı ilə keçirilən sammitdə 140-dan çox ölkənin hökumət başçıları və nazirləri, görkəmli ictimai-siyasi xadimlər, alimlər və mütəxəssislər, həmçinin bir sıra aparıcı beynəlxalq təşkilatların təmsilçiləri olmaqla dörd mindən artıq nümayəndə iştirak edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.05.2018
Səttar Mehbalıyev: “İş yerlərindəki çatışmazlıqların 92 faizi aradan qaldırılıb”
21.05.2018
Bolqarıstan 2020-ci ildə Azərbaycan təbii qazını ala biləcək
21.05.2018
Apreldə vergi orqanlarına daxil olan müraciətlərin 72,9 faizi müsbət həll olunub
21.05.2018
Məmməd Musayev: “Son 15 ildə əhalinin sahibkarlıq fəaliyyətindən gəlirləri 10,4 dəfə artıb“
21.05.2018
Bolqarıstan 2020-ci ildə Azərbaycan təbii qazını ala biləcək

Şərh əlavə olunmayıb



    ,    
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9290

1 “İsveçdə keçiriləcək parlament seçkilərində bir neçə azərbaycanlının namizədliyi irəli sürülüb”
2 Fəxrəddin Quliyev: “Şəxsiyyət sənətdə böyük amildir”
3 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
4 Krasnoyarskda AXC-nin 100 illiyi ilə bağlı silsilə tədbirlər keçirilib
5 Oqtay Əsədov: “Ermənistanın işğalçılıq siyasəti bölgədə sülh və sabitliyə mane olur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info