BANM-in tələbəsi “Azerspace-2” peykinin orbitə buraxılmasında iştirak edəcək
Tarix: 14.02.2018 | Saat: 20:51:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi “Azərspace-2” peykinin orbitə buraxılması mərasimində iştirak edəcək və ölkəmiz üçün tarixi əhəmiyyət daşıyan bu hadisənin canlı şahidi olacaq.
BANM-dən bildirilib ki, Azərbaycan Respublikasının üçüncü peyki olan “Azerspace-2” peykinin orbitə buraxılması cari ilin aprelində Fransız Qvianasındakı Kuru kosmodromunun Qviana Kosmik Mərkəzində həyata keçiriləcək.
BANM-in rektoru Elmar Qasımov bu ali məktəbin tələbəsinin ölkə üçün tarixi əhəmiyyətə malik, “Azerspace-2” peykinin orbitə buraxılması mərasiminə dəvət aldığına görə “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin (ASC) rəhbərliyinə təşəkkür edib, bu qurumun heyətinə uğurlar arzulayıb.
BANM ilə “Azərkosmos” ASC arasındakı əməkdaşlıq çərçivəsində həmin tədbirdə iştirakı nəzərdə tutulan tələbə neft-qaz mühəndisliyi ixtisasının üçüncü kursunda təhsil alan Fərdin Vətənidir. BANM-ə 690 balla qəbul olunan F.Vətəni, eyni zamanda, Prezident təqaüdçüsüdür.
Qeyd edək ki, 2013-cü ildə ilk peykinin orbitə çıxarılması ilə Azərbaycan dünya kosmik klubunun üzvünə çevrilib və ölkəmizdə kosmik sahənin əsası qoyulub.
Nigar




 
Bölməyə aid digər xəbərlər
18.10.2018
Bakıda ilk Milli Turizm Sammiti keçirilir
18.10.2018
“Dünya Bankı ilə müsbət əməkdaşlıq təcrübəsi formalaşıb”
18.10.2018
102 İkinci Dünya müharibəsi əlili mənzillə, 1118 nəfər isə minik avtomobili ilə təmin edilib
17.10.2018
“Milli müstəqilliyimiz - mənəvi gücümüz“ mövzusunda konfrans keçirilib
17.10.2018
Bəzi mühüm saytlar haker hücumlarına məruz qalıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10268

1 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
2 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
3 Vətən uzaqda deyil
4 Dadaizm və Sürrealizm cərəyanının görkəmli nümayəndəsi
5 Tovuzda insanların poeziyaya olan məhəbbəti tükənməzdir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info