Əfqanıstan səfiri: “Azərbaycan İlahiyyat İnstitutunun imkanlarından yararlanmaqda maraqlıyıq”
Tarix: 14.02.2018 | Saat: 17:03:00 | E-mail | Çapa göndər
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı fevralın 14-də Əfqanıstanın Azərbaycandakı səfiri Məhəmməd Tağı Xəlili ilə görüşüb.
Qonağı səmimiyyətlə salamlayan Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycan və Əfqanıstan arasındakı əlaqələrdən söz açaraq ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu bildirib.
Daha sonra Dövlət Komitəsinin sədri rəhbərlik etdiyi qurumun vəzifələri və fəaliyyət istiqamətləri, ölkəmizdəki sabit dini durum barədə qonağı məlumatlandırıb.
O, Azərbaycanda tarixi-mədəni irsin dirçəldilməsinə, xüsusən də dini ibadətgahların əsaslı təmiri və yenidən qurulmasına diqqət yetirildiyini vurğulayıb. Eyni zamanda, İslam və qeyri-islam dini icmalarının fəaliyyətinə münbit imkanlar açılması, mütəmadi olaraq maliyyə vəsaitləri ayrılması da diqqətə çatdırılıb.
Mübariz Qurbanlı dövlətin din siyasətinin mühüm tərkib hissəsinin xalqımızın milli-mənəvi dəyərlərinin, mədəniyyətlərarası dialoqun, tolerantlıq ənənələrinin daha da inkişaf etdirilməsi, İslam dininin sülhsevər ideyalarının təbliği olduğunu qeyd edib. Bunların təzahürü olaraq, 2017-ci ilin Azərbaycanda Prezident İlham Əliyev tərəfindən “İslam Həmrəyliyi İli” elan edildiyini deyib. İlin yekunlarına həsr edilmiş beynəlxalq konfransda bu istiqamətdəki fəaliyyətin növbəti ildə davam etdirilməsi barədə qərar qəbul olunduğunu söyləyib.
Hər iki xalqı mədəniyyət, tarix və dini baxımdan birləşdirən bir çox məqamların olduğunu bildirən Məhəmməd Tağı Xəlili qarşılıqlı münasibətlərin inkişafından məmnunluğunu ifadə edib.
Diplomat Əfqanıstanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı mövqeyini hər zaman dəstəklədiyini bildirib. Səfir ölkəmizdəki mövcud tolerant dəyərləri, dinlərarası harmoniyanı nümunəvi örnək kimi dəyərləndirib. Ötən il Bakıda keçirilən “2017-İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusundakı beynəlxalq konfransda Əfqanıstanın Həcc və islam işləri nazirinin iştirak etdiyini və ölkəmizdən yüksək təəssüratla ayrıldığını deyib. O, bu yaxınlarda Prezident İlham Əliyevin Sərəncamı ilə yaradılan Azərbaycan İlahiyyat İnstitutunu yüksək dini-mənəvi mühitin qorunub saxlanılması, yüksək ixtisaslı kadrların hazırlanması baxımından mühüm imkan kimi qiymətləndirib. Yaxın gələcəkdə institutun imkanlarından yararlanmaqda maraqlı olduqlarını vurğulayıb.
Görüş zamanı iki ölkənin müvafiq qurumları arasında əməkdaşlıq çərçivəsində birgə tədbirlərin, konfransların keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.02.2018
 MEK Beynəlxalq Ana dili gününü 11 saylı internat məktəbinin şagirdləri ilə qeyd edib
20.02.2018
Mübariz Qurbanlı Horadizdə vətəndaşları qəbul edib
20.02.2018
Tələbələrin nəzərinə: “Made in Azerbaijan” biznes ideya müsabiqəsi başlayır
19.02.2018
Monteneqro Prezidenti Bakıya gələcək
19.02.2018
BANM-in tələbələri “PetroBowl” müsabiqəsi üzrə çempionatın qalibi seçiliblər

Şərh əlavə olunmayıb



    ,    
Aysel İbrahimova
Rəhim Həsənov
Tural Tağıyev
Zülfiyyə Vəliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8445

1 “Birləşmiş Krallıqda bizim çox istedadlı və savadlı insanlarımız var”
2 “Şirkətimiz bu il yüzlərlə yeni və daimi iş yeri yaradacaq”
3 “Qarabağ həqiqətlərinin Belçikada tanınması üçün yerli mətbuatın gücündən istifadə edirik”
4 Xocalı soyqırımı ilə bağlı Türkiyədə bir sıra tədbirlər keçiriləcək
5 «ArmenianReport»: ”Yaxın vaxtlarda Ermənistanın dövlət borcu 7 milyard dolları ötəcək”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info