Binəqədinin daha bir küçəsində təmir işləri başa çatdırılıb
Tarix: 14.02.2018 | Saat: 17:05:00 | E-mail | Çapa göndər


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Binəqədi rayonunda uzun illər istismar olunan, nəticədə hərəkət hissəsində çökmələr və deformasiyalar əmələ gələn 1,9 km uzunluğa malik Abay Kunanbayev küçəsində aparılan əsaslı təmir işləri yekunlaşdırılıb.
 
Agentlikdən verilən məlumata görə, aparılan yenidənqurma işləri zamanı Abay Kunanbayev küçəsində yolun hərəkət hissəsinin genişləndirilməsi işləri aparılıb. Küçə 1,3 km-lik hissədə 9 metrdən 12 metrə, 0,6 km-lik hissədə isə 7 metrdən 14 metrə qədər genişləndirilib.
 
Təmir-tikinti işləri zamanı yararsız qruntun qazılaraq çıxarılması, yararlı qrunt tökülərək kipləşdirilməsi, yeni əsasın inşası, vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün 2-3 metr enində yeni piyada səkilərinin qurulması, mövcud olanların isə bərpa olunması işləri aparılıb. Yol boyu piyada səkilərinin kənarlarına 3 600 paqon-metr yeni səki daşları düzülüb.
 
Tikinti norma və qaydalarına əsasən daha sonra yüksək keyfiyyətli asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb. Ümumilikdə yolun 22 min kvadratmetrdən çox sahəsinə 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənib. Aparılan təmir işləri zamanı mövcud yağış-kanalizasiya sistemi bərpa olunaraq işlək vəziyyətə salınıb, 12 ədəd yeni yağış barmaqlıqları, kommunikasiya xətləri üçün isə 26 ədəd yeni baxış qapaqları qoyulub.
 
Hərəkətin normal təşkili üçün küçələr boyu yeni yol nişanları quraşdırılmaqla və yolun üfüqi nişanlama xətləri çəkilməklə küçədə tam yeni və müasir yol infrastrukturu yaradılaraq vətəndaşların istifadəsinə verilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
14.08.2018
Azərbaycan nefti bahalaşdı
13.08.2018
Neft Fonduna bu il “Azəri-Çıraq-Günəşli” hesabına 5,6 milyard dollar daxil olub
13.08.2018
Qeyri-neft sektorunda istehsal 11 faizədək artıb
13.08.2018
Türkiyə mediası V Zirvə toplantısından yazır
13.08.2018
Azərbaycandan keçən tranzit yüklərin həcmi artacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9853

1 DSX rəisi at çapan qızla görüşüb
2 Leyla Hüseynova: “Dənizçilik həyatımın anlamıdır”
3 Karen Veranyan: “İrana qarşı yeni sanksiyalar Ermənistan iqtisadiyyatına ağır zərbə vuracaq”
4 “Hər yaşa uyğun uşaq intellektual oyunları və videolar hazırlamışıq”
5 Türkiyə dollara qarşı yeni bir gediş edir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info