“Jamanak”: “Suriyada döyüşən terrorçular Ermənistan ərazisində yerləşdirilir”
Tarix: 14.02.2018 | Saat: 20:26:00 | E-mail | Çapa göndər
“Terrorçuların təminatı dövlət büdcəsi hesabına edilir. Onlara öz ərazilərimizdə sığınacaq verməklə, Ermənistan böyük risklə üz-üzə qalır”

“Jamanak” nəşri yazır ki, Suriyada döyüşən terrorçuların Ermənistan ərazisində yerləşdirilməsi adi hal alıb. Nəşr yazır ki, bunun üçün Ermənistanın razı olub-olmamasının soruşan yoxdur: “Bizdən onları qəbul edib-etməmək istəyimizi belə, soruşan yoxdur. Onsuz da Ermənistanda kimin yaşayıb-yaşamayacğını bizim əvəzimizə Rusiya müəyyən edir. Onlar bizə, hətta ölkə sərhədində hərəkət etməyə belə, icazə vermirlər.
Bunu bir müddət əvvəl rus sərhədçiləri tərəfindən avtomobilləri dayandırılıb geri qaytarılan “Miras” fraksiyasından olan millət vəkilləri də təsdiq edə bilərlər. Ermənistanda belə qadağalar ancaq yerlilər üçündür, əcnəbilərə isə hər cür icazə var: Suriyadakı döyüşdən qaçan soydaşlarımız isə hələ də ölkədə sığınacaq tapa bilmirlər. Elə bil bu qadağaları ancaq ermənilər üçün tətbiq edirlər” . “Jamanak” nəşri yazır ki, Suriyada döyüşən PKK terrorçuları Ermənistanda yerləşdirilir və onların təminatı dövlət büdcəsi hesabına təmin edilir: “Onlara öz ərazilərimizdə sığınacaq verməklə, Ermənistan böyük risklə üz-üzə qalır. Bu gün rəsmi Ankaranın Ermənistana olan münasibəti mənfi olaraq xarakterizə edilə bilər. Sərhədlər hələ də bizim üçün qapalıdır. Əgər türklər bizim PKK-cılara sığınacaq verdiklərimizi bilsələr, bütün dünyaya "baxın, ermənilər terroristləri gizlədir" - deyə car çəkəcəklər”. Erməni nəşri hazırda Türkiyə- Rusiya münasibətlərinin yaxşı olmasına da diqqət çəkib.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
20.02.2018
STP Tacikistanın Ravşan yarımstansiyasını kabellərlə təchiz edəcək
20.02.2018
“YPG-yə dəstək üçün gələnlər olsa, o zaman heç kim bizim qarşımızı ala bilməz»
20.02.2018
Nazarbayev fərman imzalayıb
20.02.2018
Ukraynalı gənclər də Xocalı soyqırımının günahkarlarının cəzalandırılmasını istəyirlər
19.02.2018
Armenianreport”: “Ermənistan tezliklə iflas təhlükəsi ilə qarşılaşacaq”

Şərh əlavə olunmayıb



    ,    
Aysel İbrahimova
Rəhim Həsənov
Tural Tağıyev
Zülfiyyə Vəliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8445

1 “Birləşmiş Krallıqda bizim çox istedadlı və savadlı insanlarımız var”
2 “Şirkətimiz bu il yüzlərlə yeni və daimi iş yeri yaradacaq”
3 “Qarabağ həqiqətlərinin Belçikada tanınması üçün yerli mətbuatın gücündən istifadə edirik”
4 Xocalı soyqırımı ilə bağlı Türkiyədə bir sıra tədbirlər keçiriləcək
5 «ArmenianReport»: ”Yaxın vaxtlarda Ermənistanın dövlət borcu 7 milyard dolları ötəcək”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info