“Luka Volonteyə bəraət verilməsi ermənipərəst qüvvələrin yalan və hiyləsini bir daha ifşa etdi”
Tarix: 14.02.2018 | Saat: 20:31:00 | E-mail | Çapa göndər


İtaliyanın Milan məhkəməsinin AŞPA-da Avropa Xalq Partiyası deputatlar qrupunun sədri olmuş Luka Volonte barədə bəraət qərarı verməsi antiazərbaycan mərəzlərini bir daha ifşa etdi.
Qeyd edək ki, Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika Layihəsi (OCCRP) adlı təşkilat Azərbaycanı Luka Volonteni pulla ələ almaqda ittiham edirdi. Lakin hər zaman Azərbaycana qarşı qara kampaniyaların önündə gedən OCCRP-nin bu çirkin niyyəti yenə baş tutmadı. Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun dediyi kimi, Milan məhkəməsinin obyektiv araşdırması OCCRP-nin imzası ilə dövriyyəyə buraxılmış bu iddiaların qərəzli, əsassız, təxribat xarakteri daşıdığını bilavasitə təsdiqlədi.Azərbaycan dövləti hər zaman öz siyasi imicini qoruyur. Dövlətimiz xarici siyasətini yerli və beynəlxalq qanunlara uyğun olaraq həyata keçirir. Ona görə də Azərbaycana qarşı aparılan qara PR kampaniyaları əks effekt verir. Yəni bu kampaniyanı aparanlar sonda özləri öz “siyasi tələ”lərinə düşürlər. Elə millət vəkili Elman Nəsirov da bu fikirdədir ki, Luka Volonteyə bəraət verilməsi ermənilər və ermənipərəst qüvvələrin yalan və hiyləsini bir daha ifşa etdi.E.Nəsirov qeyd edib ki, erməni lobbisi və ermənipərəst qüvvələr daim Azərbaycana qarşı şər və böhtanla çıxış edir:"Məlum olduğu kimi, Avropadakı ermənilər və ermənipərəst qüvvələr daim Azərbaycana qarşı qarayaxma kampaniyaları apararaq müxtəlif beynəlxalq təşkilatlarda çalışırlar ki, Azərbaycanın beynəlxalq arenadakı mövqelərini zəiflətsinlər. Belə qurumlardan biri də Avropa Şurası Parlament Assambleyasıdır ki, burada da ermənilər bizə qarşı şantajlara əl atır. Hətta bu kampaniya o səviyyəyə çatıb ki, italiyan deputat Luka Volonteni ittiham edirdilər ki, guya Azərbaycan onu pulla ələ alıb və həmin rüşvətin müqabilində L.Volonte Azərbaycanı müdafiə edir. Lakin son nəticə bir daha onu göstərdi ki, bu, ermənipərəst qüvvələrin şər və böhtanıdır. Milan məhkəməsi deputatın günahsızlığını sübuta yetirib ona bəraət verdi və bu qərar ermənilərə və ermənipərəst qüvvələrə bir matəm oldu”.Millət vəkilinin sözlərinə görə, bu cür hərəkətlər bir daha sübut edir ki, Azərbaycana qarşı qüvvələr şər-böhtanla məşğuldur, əsassız ittihamlar irəli sürür:“Hesab edirəm ki, bu proseslə artıq Milan presedenti yarandı. Bu, Azərbaycanı özünə hədəf seçən qüvvələrə artıq tutarlı bir cavab oldu”.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
14.08.2018
BMT-nin Baş katibi Xəzərin statusu haqqında Konvensiyanı tarixi sənəd adlandırıb
13.08.2018
İran elektrik enerjisinin Rusiyaya tranziti üçün Azərbaycanla danışıqlara başlayıb
13.08.2018
“Konvensiya geniş perspektivlər açır”
13.08.2018
“Xəzərin statusu ilə bağlı Konvensiyanın imzalanması yeni imkanlar açacaq”
12.08.2018
Dövlət başçıları Aktauda körpə nərə balıqlarının Xəzər dənizinə buraxılması mərasimində iştirak ediblər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9853

1 DSX rəisi at çapan qızla görüşüb
2 Leyla Hüseynova: “Dənizçilik həyatımın anlamıdır”
3 Karen Veranyan: “İrana qarşı yeni sanksiyalar Ermənistan iqtisadiyyatına ağır zərbə vuracaq”
4 “Hər yaşa uyğun uşaq intellektual oyunları və videolar hazırlamışıq”
5 Türkiyə dollara qarşı yeni bir gediş edir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info