“Xalq Cümhuriyyəti xalqımızın tarixində mühüm bir hadisə idi”
Tarix: 14.02.2018 | Saat: 20:32:00 | E-mail | Çapa göndər
Sona Vəliyeva:
“AXC dövründə qadınlara seçib-seçilmək hüququnun verilməsini xüsusi qeyd etmək lazımdır”

Bakıda “Azərbaycan Xalq Cümhuriyyəti - 100 il. Qadın və seçki hüququ” mövzusunda konfrans keçirilib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın təşkilatçılığı ilə keçirilən tədbirdə respublikanın ictimai-siyasi və sosial-mədəni həyatında fəallıq göstərən qadınlar iştirak ediblər.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Rəna Mirzəzadə qeyd edib ki, konfransın keçirilməsində məqsəd 1918-ci il mayın 28-də qurulan Azərbaycan Xalq Cümhuriyyəti dövründə bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsinin 100 illiyinin qeyd olunmasıdır. Həmçinin tədbirin keçirilməsinin daha bir məqsədi bu ilin aprelində keçiriləcək prezident seçkilərində qadınları fəal iştiraka dəvət etməkdir. Milli Televiziya və Radio Şurasının üzvü, “Kaspi” Təhsil Mərkəzinin və “Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva deyib ki, 1918-ci il mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk demokratik respublika olmaqla yanaşı, xalqımızın tarixində mühüm bir hadisə idi. Əsrlər boyu müstəqillik arzusu ilə yaşayan xalqımız, nəhayət ki, öz suveren dövlətinə sahib oldu. Lakin müstəqilliyimizin qısa sürməsinə baxmayaraq, həmin dövrdə bir çox mühüm işlər görüldü. Qadınlara seçib-seçilmək hüququnun verilməsini xüsusi qeyd etmək lazımdır.
Türkiyədə yaşayan, Azərbaycan tarixi və mədəniyyətinin təbliği istiqamətində fəaliyyət göstərən professor Aygün Attar ermənilərin Azərbaycan və Anadolu türklərinə qarşı törətdiyi soyqırımlarına, Azərbaycanın dünyadakı nüfuzuna, Prezident İlham Əliyevin fəaliyyətinə həsr etdiyi məqalələrindən danışıb, ölkəmizin uğurlarından qürur duyduğunu vurğulayıb. İctimai xadim Tərlan Musayeva, Bakı Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının dosenti Lətifə Əliyeva, “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri Zərifə Quliyeva, Azərbaycan Sahibkar Qadınlar Assosiasiyasının idarə heyətinin sədri Səkinə Babayeva, Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədr müavini Afət Xanbabayeva, Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədr müavini Samirə Quliyeva konfransın əhəmiyyətindən danışıblar. Bildirilib ki, əsrin əvvəllərində itirdiyimiz müstəqilliyimiz əsrin sonunda - 1991-ci ildə bərpa olundu. Müasir Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsi xalqımızın tarixi yaddaşını özünə qaytardı, müstəqillik arzularının gerçəkləşməsinə və möhkəmlənməsinə zəmin yaratdı. Azərbaycan Xalq Cümhuriyyəti yalnız Azərbaycanın deyil, türk dünyasının, müsəlman aləminin və bütövlükdə Şərq tarixinin ən parlaq səhifələrindən biridir. Sonda konfransın qətnaməsi qəbul olunub.
Nigar




 
Bölməyə aid digər xəbərlər
21.05.2018
Bakı İdarəetmə və Texnologiya Kollecinə yeni direktor təyin olunub
21.05.2018
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi Avropada qeyd olunur
21.05.2018
ADU-da “Heydər Əliyev və müasir Azərbaycan” adlı elmi konfrans keçirilib
21.05.2018
Səadət Qarayeva: “PBİF Azərbaycanın biznes potensialı üçün mühüm meydançalardan biridir”
21.05.2018
Monteneqrodakı soydaşlarımızdan AXC-nin 100 illiyi ilə bağlı təbrik mesajı

Şərh əlavə olunmayıb



    ,    
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9290

1 “İsveçdə keçiriləcək parlament seçkilərində bir neçə azərbaycanlının namizədliyi irəli sürülüb”
2 Fəxrəddin Quliyev: “Şəxsiyyət sənətdə böyük amildir”
3 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
4 Krasnoyarskda AXC-nin 100 illiyi ilə bağlı silsilə tədbirlər keçirilib
5 Oqtay Əsədov: “Ermənistanın işğalçılıq siyasəti bölgədə sülh və sabitliyə mane olur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info