ABŞ Ukrayna ilə bağlı plan hazırlayıb
Tarix: 15.02.2018 | Saat: 00:36:00 | E-mail | Çapa göndər


Milli Kəşfiyyat İdarəsinin direktoru Den Kouts planın bəzi detallarını açıqlayıb
Ukraynada hazırki vəziyyət növbədənkənar seçkilərin keçirilməsinə gətirib çıxara bilər. "RİA Novosti"nin məlumatına görə, bu barədə ABŞ Milli Kəşfiyyat İdarəsinin direktoru Den Kouts Senatda çıxış edərkən deyib. O bildirib ki, belə bir hadisəyə əhalinin islahatların tempindən narazılığı, həyat səviyyəsinin pisləşməsi, korrupsiyanın güclənməsi və siyasi müqavimətin kəskinləşməsi səbəb ola bilər. Hesabatda qeyd olunur ki, müxalifət cəmiyyətdə yaranmış vəziyyətdən istifadə edərək Ukrayna prezidenti Pyotr Poroşenkonu və hakim koalisiyanı seçkiöncəsi zəiflətməyə çalışacaq. Kəşfiyyatın fikrincə, bütün bunlar Ukraynanın iqtisadi dirçəlişinə təhdiddir və xarici siyasətdə dəyişikliyə səbəb ola bilər. Qeyd edək ki, Ukraynada prezident və parlament seçkiləri 2019-cu ildə keçiriləcək. Maraqlıdır ki, Ukraynadan Polşaya deportasiya edilən Gürcüstanın sabiq prezidenti və Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili həm Ukrayna, həmdə Gürcüstana qayıtmaq niyyətində olduğunu bəyan edib. Bu barədə Mixail Saakaşvili “Rustavi-2” telekanalına müsahibəsində bildirib: “Mən Ukraynaya qayıdacağam, çünki mənim orada yaşamaq üçün legitim hüququm var. Mən həm də Gürcüstana qayıdacağam”. Bu arada Ukraynanın Dövlət Sərhəd Xidməti Varşavadan gələn Odessa şəhərinin meri Gennadi Truxanovu “Borispol” aeroportunda saxlayıb. Bunu Dövlət Sərhəd Xidmətinin mətbuat katibi Oleq Slobodyan bildirib. Bir qədər əvvəl Ukraynanın korrupsiya əleyhinə bürosu Truxanova və Odessa şəhəri administrasiyasının üç məmuruna qarşı dövlət əmlakını mənimsəmək, korrupsiya və israfçılıq üzrə qiyabi ittiham irəli sürmüşdü. Təhqiqatçıların fikrincə, cinayət işinin iştirakçıları əvvəllər “Krayan” ağır kran istehsalı zavodu kompleksinin əmlakına daxil olan binaların şəhər şurasına satışı zamanı Odessanın yerli büdcəsinə külli miqdarda zərər vurub. Truxanov 2017-ci ilin sonunda məzuniyyətə çıxıb və məzuniyyət müddətini dəfələrlə uzadıb, həmçinin xarici ölkələrə “işgüzar səfərlərə” yollanıb.
Anar




 
Bölməyə aid digər xəbərlər
18.10.2018
Haiti prezidentinə qarşı uğursuz sui-qəsd cəhdi olub
18.10.2018
ABŞ nümayəndəsinin BMT-dəki çıxışı kubalı diplomatların sərt etirazına səbəb olub
17.10.2018
Soçidə Rusiya və Misir prezidentləri arasında danışıqlar aparılıb
17.10.2018
Gürcüstanda prezidentlik uğrunda 25 namizəd mübarizə aparacaq
16.10.2018
Konsulluqda Camal Kaşıkçının qətlinə işarə edən dəlillər aşkarlanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10268

1 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
2 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
3 Dadaizm və Sürrealizm cərəyanının görkəmli nümayəndəsi
4 Vətən uzaqda deyil
5 Tovuzda insanların poeziyaya olan məhəbbəti tükənməzdir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info